Azərbaycan Texnologiya Universitetindən prezidentə müraciət:ailə klanı, korrupsiya, “Fetö şəbəkəsi” və s.
Yenixeber.org: Redaksiyamıza Azərbaycan Texnologiya Universitetinin Kompüter mütəxəssisi Azər Allahverdiyevin cənab prezident İlham Əliyevə ünvanladığı müraciətin surəti daxil olub. Müəllif müraciətində sözügedən universitetdə müxtəlif yönlü qanunazidd əməllərdən bəhs edir və buna son qoyulmasını, səbəbkarların qanunauyğun olaraq cəzalandırılmasını xahiş edir. Mövzunun aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:
“Cənab Prezident, İlham Əliyev!
Dövlətimizin quruculuq işlərində apardığınız uğurlu siyasəti dəstəkləyir və Sizə uğurlar arzulayırıq. Respublikada təhsil işçilərinin problemlərinin daim sizin diqqətinizdə olması hər birimizə məlumdur.
Sizə müraciətim - heç bir idarəçik qabiliyyəti olmayan Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Sülemanov və oğlu Şamil Süleymanovun universitetdə etdikləri özbaşnalıqlarla bağlıdır.
Sizin məmurlara etdiyiniz övlad özbaşnalığı ilə bağlı xəbərdarlıqdan rektor Akif Süleymanovun və oğlu Şamil Süleymanovun xəbərləri yoxdurmu?
Ulu Öndər Heydər Əliyevin birbaşa qayğısı və himayədarlığı ilə yaradılan Azərbaycan Texnologiya Universitetində özbaşınalıq tüğyan edir.
Akif Süleymanov 2013-cü ildən bəri Texnologiya Universitetinin bütün maddi –texniki bazasını məhv edib, rəhbərlik etdiyi 5 il müddətində universiteti iflic vəziyyətinə salıb. Rektor Akif Süleymanovun oğlu Şamil Süleymanov Bakı Şəhərində yerləşən indiki ünvanı BABƏK PROSPEKTİ, keçmiş ünvanı Bakı ş, Əhməd Rəcəbli 186, Black Pearl Plaza biznes mərkəzinin, 3 cü mərtəbədə yerləşən “AZİNKA” şirkətinin vasitəsi ilə Texnologiya Univedrsitetinə mühüm vəzifələrə təyin etdiyi Prorektorlar Vüqar İsmayılov, Səbuhi Yusifov, şöbə müdirləri Zaur Əliyev, Piri Axundov, Sadiq Əfəndi və digərlərinin icrası ilə Texnologiya Universitetini şəxsi mülkünə çevrib. “AZİNKA” şirkətinin Tel: (+99412)5644790. Mob: (+99455) 2131409 E-mail: info@azinka.az
"AZINKA" şirkətinin vasitəsi ilə Texnologiya Universitetinin rektoru Akif Süleymanovun oğlu Şamil Süleymanov universitetə kadr axtarıb tapır və öz məqsədləri üçün istifadə edir. Məqsədlərinə uyğun olmayanlar isə qısa müddət ərzində müxtəlif bəhanələrlə işdən uzaqlaşdırılır. Onu da qeyd edək ki, "AZINKA" əməkdaşlarının böyük əksəriyyəti bağlanmış “Zaman” qəzetindən gələnlərdir. O qəzetin qardaş Türk xalqına ağır zərbələr vurmuş “Fətulla Gülən” ilə bağlılığı hamıya məlumdur. Türk xalqına ağır zərbə vurmuş “ZAMAN” qəzetindən gəlib Texnologiya Universitetində işləyən əməkdaşların adlarını, Türkiyə qardaş dövlətində Fətulla Gülən Universitetləri ilə əlaqəsi olan, Azərbaycanda fəaliyyəti dayandırılan Qafqaz Universitetindən gələn əməkdaşların adlarını ardıcıllıqla qeyd edirəm:
1.Texnologiya Universitetinin tədris işləri üzrə prorektoru İsmayılov Vüqar Ağamusa oğlu 2009-cu ildən Qafqaz Universitetində iqtisadiyyatın idarə edilməsi fakültəsinin biznesin təşkili və idarə edilməsi kafedrasında müəssisələrin təşkili və idarə edilməsi ixtisası üzrə doktorantura təhsili almağa başlayıb. 2011/2014-cü illərdə Qafqaz universitetində magistratura və doktorantura şöbəsində müdir müavini vəzifəsində işləyib.
2. Texnologiya Universitetində elm və texnika üzrə prorektor Yusifov Səbuhi Cəbrayıl oğlu, 2004-cü ildən etibarən Qafqaz Universitetində dövlət və bələdiyyə idarəetməsi kafedrasında laborant, müəllim və baş müəllim vəzifələrində çalışıb. 2012-ci ildən etibarən Qafqaz Universitetinin dövlət və bələdiyyə idarəçiliyinin tədqiqatları mərkəzində müdir vəzifəsini icra edib.
3. Tədris şöbəsinin müdiri, Təlim- tərbiyə işlər üzrə Prorektor vəzifəsini icra edən Axundovun Piri Fərhad oğlu "AZİNKA” şirkətinin vasitəsi ilə rektor oğlu tərəfindən seçilib, göndərib.
4. İlyasov Asiman Rasim oğlu 2010/2015 – ci illərdə Qafqaz Universitetinin mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsində sənayenin təşkili və idarəolunması (ingilis dili) ixtisasının bakalavr pilləsini başa vurduqdan sonra Texnologiya Universitetində “İnsan Resurslarının Təlimi və İnkişafı” şöbəsinin müdiri vəzifəsində işləyir, magistraturada əyani təhsil alır.
5. Texnologiya Universitetinin Elm və xarici əlaqələr mərkəzinin direktoru Tacəddin Bayramov Qafqaz Universitetinin Maliyyə və Kredit ixtisası üzrə bakalavr təhsili almış, 2013-cü ildə Qafqaz Universitetində asistent müəllim olaraq işə başlamışdır, 2014-cü ildə fakultə elmi şurasının qərarı ilə tam ştatlı müəllim təyin edilmişdir.
6. Texnologiya Universitetinin Davamlı İnkişaf Mərkəzinin müdiri Əfəndiyev Fədai Ehtiram oğlu 2005-ci ildə Qafqaz Universitetin Mühəndislik fakultəsinin Sənaye mühəndisliyi ixtisasının əyani şöbəsinə qəbul olub, 2010-ci ildə bu fakultəni bakalavr təhsili alıb.
7. Texnologiya Universitetinin Mətbuat xidmətinin müdiri: Əliyev Rasim Əziz oğlu, 2002-ci ilin sentyabr ayında “Zaman-Azərbaycan” qəzetində bölgə təmsilçisi vəzifəsində işə başlayıb. 2008-ci ilin dekabrınadək ölkənin Qərb (Gəncə), Şimal-Qərb (Şəki) və Şimal (Quba) bölgələrində bu qəzetin təmsilçisi vəzifəsində çalışıb.
8. Əliyev Zaur Camaləddin oğlu, "AZİNKA” şirkətinin vasitəsi ilə Texnologiya Universitetinin İnsan kapitalının idarə edilməsi mərkəzinin direktoru təyin olunub
9. “AZİNKA” şirkətinin vasitəsi ilə təyin olunan Əfəndiyev Sadiq Qəhrəman oğlu, Texnologiya Universitetinin Magistratura və doktorantura şöbəsinin müdiri vəzifəsində işləyir.
10. Hal-hazırda işdən kənarlaşdırılan Texnologiya Universitetində mühüm vəzifələrdə çalışmış İqtisadiyyat Fakültəsinin sabiq dekanı Nicat Nəsirli, İnsan Resusları şöbəsinin sabiq müdiri Nofəl Salmanov, Davamlı İnkişaf mərkəzinin sabiq müdiri Rauf Əmənov də “AZİNKA” şirkətinin vasitəsi ilə təyin olunmuşdurlar.
Fətullah Gülənə bağlı Qafqaz Universitetində və Türk liseylərində formalaşmış, “ZAMAN” qəzetində işləmiş bu “insanlar” Akif Süleymanovun oğlu Şamil Süleymanov tərəfindən “AZİNKA” şirkətinin vasitəsi ilə 5 avqust 2015 –ci ildə universitetdə mühüm vəzifələrə təyin olunublar.
Yuxarıda adları çəkilən bu şəxslərin hər biri qardaş Türk dövlətinə ağır zərbə vurmuş “Fətulla Gülən” ilə bağlılığının sübutudur. Türkiyə qardaş dövlətində FƏTO GÜLƏN tərəfdarlarını həbs edən zamanlarda Azərbaycanda “QAFQAZ UNİVERSİTETİ”, “ZAMAN” qəzeti cənab prezident İlham Əliyevin sərəncamı ilə dayandırılmışdır. Bu qədər təsadüf ola bilməz ki, Türkiyə qardaş dövlətinə ağır zərbə vurmuş və Azərbaycanda fəaliyyəti dayandırılmış FƏTO GÜLƏN ilə bağlılığı olan "QAFQAZ" Universitetinin, "ZAMAN" qəzetinin əməkdaşları bir araya gəlsinlər.
Texnologiya Universitetinin Kollektivin əsas hissəsinin əmək haqqı 120 - 250 manat olduğu halda, Rektor Akif Süleymanovun oğlu Şamil Süleymanovun “AZİNKA” şirkətinin vasitəsi ilə təyin etdiyi Prorektorların, Dekanların, özlərinə yaxın hesab etdikləri şöbə müdirlərinin əmək haqları 1500 (min beş yüz) – 5000 (BEŞ min) manat və daha yüksək yazılır. Ən maraqlısı odur ki, maaşdan ödənilməli olan vergilər gizlədilərək qismən ödənilir.Texnologiya Universitetinin müəllimləri Dosent Həsən Musa oğlu Musayev və Dosent Məsim Kazım oğlu Abadov, Universitetin müəllimləri olduğu halda, “AZİNKA” şirkətinə çağrılaraq Universitetdə Dekan vəzifəsinə təyin olunmuşdurlar, hal-hazırda hər iki şəxs işdən müxtəlif bəhanələrlə uzaqlaşdırılmışdır.Azərbaycan Texnologiya Universitetində “AZİNKA” şirkətinin vasitəsi ilə təyin olunan prorektorlar, Universitetin dərs keçirilən korpuslarında “Fəto Gülən” şəbəkəsini formalaşdıran, “Fəto Gülənçilərə” məxsus olan şüarı “Vaxt qılınc kimidir: biz onu kəsməsək, o bizi kəsər” sözlərini böyük tirajla mətbəədə çap etdirərək, universitetin korpuslarının girişində, dəhlizlərində, auditoriyalarında yapışdırılmışdır.
Bu şüar hansı mənbədən və maraqdan qaynaqlanır?
Qardaş Türk dövlətinə ağır zərbə vuran “Fəto Gülən” “Gülənçilər” qarşısında irəli sürdüyü bu çağırışı, rəhbər ideyanı və ya tələbi qısa və aydın şəkildə ifadə edən bu müraciəti, çağırışı, rektor Akif Süleymanov, oğlu Şamil Süleymanov və “AZİNKA” şirkətinin vasitəsi ilə təyin etdiyi prorektorlar, bu lövhəyə nə don geyindirə bilər, nə cür açıqlama verə bilər?
Universitetin tədris işləri üzrə prorektoru Vüqar İsmayılov (ixtisası sosioloq), elmi işlər üzrə prorektoru Səbuhi Yusifov (ixtisası bələdiyyəçi), tədris şöbəsinin müdiri Piri Axundov (ixtisası tarixçi) təcrübəsiz və universitetin profilinə uyğun gəlməyən sahələr üzrə təhsil aldıqlarından tədris və elmi bərbad vəziyyətə salmışlar. Dərs yüklərini əsasən qeyri mütəxəssislərə, istədikləri şəxslərə payladıqlarından universitetdə tədrisin səviyyəsi ölkədə ən aşağı həddədir. Bir çox dərslər deyilmədən, formal olaraq jurnallara qeydiyyatı aparılır. Piri Axundov rus dilində tədris apara bilmədiyi halda, rus dilli qruplara rus dilində “ dərs keçir”. Tələbələrə qiymət yazdıracağına söz verərək, öz əvəzinə dərsə həyat yoldaşı Vüsalə Axundovanı göndərir ki, o, da Azərbaycan dilində rus dilində təhsil alan tələbələrin başını qatır. Universitetdə semestr imtahanlarını 20-30% bakalavr və magistr özü verdiyi halda, qalanları saxtakarlıq və təkrar imtahanlara salınmaqla qiymətləri yazılır.
Tədrisin aşağı səviyyədə olduğunu və rüşvətxorluğun baş alıb getdiyini bilən valideyinlər övladlarının bu universitetdə təhsil almasını arzu etmədikləri üçün, son iki ildə qəbul ən aşağı 420 və 450 nəfər səviyyəsinə düşmüşdür. Universitetdə elmi işlər formal xarakter daşıyır. Doktoranturaya qəbul prorektor Vüqar İsmayılovun istəyinə uyğun qaydada həyata keçirilir. Əyani doktorantlar və magistrantlar universitetdə müxtəlif vəzifələrdə işləyirlər.
“AZİNKA” şirkətində Texnologiya Universitetinin rektoru Akif Süleymanovun oğlu Şamil Süleymanov universitet üçün seçdiyi kadrlarla danışıqlar aparır, onları vəzifələrə təyin etdirir və öz məqsədləri üçün istifadə edir. Mənafelərinə uyğun olmayanlar isə qısa müddət ərzində müxtəlif bəhanələrlə işdən uzaqlaşdırılır. 2013 ildən bu günə kimi 30 nəfərə yaxın professor, dosent, müəllim, 100 dən çox texniki işci işdən azad olunub, bunlardan bir neçəsi rektor Akif Süleymanov səyi ilə işdən uzaqlaşdırsa da, digərlərini müxtəlif təzyiq vasitələrindən istifadə edərək və yaxud şər-böhtan atdıraraq universitetdən kənarlaşdırıb. Mən Azər Allahverdiyevə 30 oktyabr 2017 ci il tarixdə rektor Akif Süleymanovun 264 saylı əmri ilə Universitetdəki əmək fəaliyyətimə xitam verilib. Qeyd edim ki, rektor barəmdə 24 oktyabr 2017-ci ildə 253 saylı, 25 oktyabr 2017-ci ildə təkrarən 254 saylı əmrlə “töhmətlər” verib. Qərəzli töhmətlərdə isə saxtalaşdırdığı 18 oktyabr 2017 ci il tarixli protokolu əsas götürüb. Təsəvvür edin ki, rektor məni işimdən etmək üçün üzümə iki qız qoyub. Onları da buna sövq edib. Bunlardan biri “Qiyabi və Distant təhsil mərkəzinin” mütəxəssisi Zamiqə Yuris qızı Xəlilova, digəri isə Universitetin tanımadığım II kurs tələbəsi Cəmilə Əsgərzadədir. Təəssüf ki, şərlənən təkcə mən olmamışam. Rektor belə bir təcrübəsini professorların, müəllimlərin üzərində məndən əvvəl də sınaqdan keçirib. Akif Süleymanov Universitetin istənilən əməkdaşını hansı yolla olur olsun işdən kənarlaşdırmaq fikirinə düşübsə, insanlığa, rektorluğa yaraşmayan belə üsullara əl atıb. Araşdırılsa, oxşar, şərləmə ilə yadda qalan əmrləri üzə çıxar. Bu dəhşətdir ki, şərləmə kampaniyasında Universitetin tələbə qızlarından və xanım əməkdaşlardan mütamadi istifadə olunub. Bir anlıq düşünək ki, əgər Akif Süleymanovun doğma qızını işlədiyi “Konservatoriyada” kiminsə üzünə durmağa, hansısa gənc oğlana şər atmağa sövq etsələr buna münasibəti bir “ATA” kimi necə olar? Vicdanlı bir ata özünə rəva bilmədiyi belə hərəkəti başqasına qarşı necə asanlıqla edə bilib? Axı mənim üzümə qoyulan qız da müəllim qızıdır. Atası Gəncədə 34 saylı orta məktəbin direktoru Yuris Xəlilovdur. Doğrusu, bir məktəb direktorunun asanlıqla baş verənləri həzm etməsini, qızının Akif Süleymanov kimi birsinin alətinə çevrilməsini mən anlaya bilmirəm.
Universitetdə korrupsiya ən son həddə çatıbdır, 9 sentyabr 2016-cı il tarixində 185 saylı əmrlə “Qurban bayramı” ilə əlaqədar olaraq özlərinə yaxın 30 nəfər əməkdaşın hər birinə 550 manat mükafat yazılaraq, sonradan həmən vəsait prorektor Vüqar İsmayılov tərəfindən toplanaraq mənimsənilib.
Texnologiya Universitetinin Həmkarlar İttifaqı Komitəsinə universitetdə heç bir konfrans olmadan, təkliflər olmadan, qanunsuz olaraq Həmkarlar İttifaqına uyğun olmayan birini sədr seçiblər.
Rektor Akif Süleymanov dosent olduğu halda 5-ildir ki, özünü universitetdə professor adlandıraraq professor maaşı alır. Dosent olmayan prorektorlar Vüqar İsmayılov, Səbuhi Yusifov da 3- ildir ki, dosent maaşı alırlar. Hətta iş o yerə gəlib ki, elmi dərəcəsi və elmi adı olmayan Piri Axundov təlim-tərbiyə işləri üzrə prorektor vəzifəsini icra edir, onun həyat yoldaşı, tarix müəllimi Vüsalə Axundova isə “İqtisadiyyat və İdarəetmə” fakültəsi dekanının elmi işlər üzrə müavini təyin olunub, Piri Axundovun qaynı Bahadur Məmmədəliyev universitetin baş hüquqşünasıdır. Universitetin digər vəzifəli şəxslərinin məsələn, “Davamlı İnkişaf mərkəzinin” rəhbəri Fədai Əfəndinin, dekan Azər Hüseyinin və “Distant və qiyabi təhsil mərkəzinin” müdiri Babək Mikayıl oğlu Həsənovun və başqa şəxslərin də ailə üzvləri universitetdə müəllim işləyirlər. Bu insanların hər biri rektor Akif Süleymanovun yaxın adamlarıdır. Təsəvvür edin ki, Azərbaycan Texnologiya Universitetində bir ailə klanı hökmranlıq edir.
Texnologiya Universitetində Prezident seçgiləri qabağı əməkdaşlar qərəzli olaraq kütləvi şəkildə narazı salınır və işdən uzaqlaşdırılır. Ölkə üzrə yeni iş yerlərinin yaradılması istiqamətində iş aparıldığı halda, Texnologiya Universitetində çoxsaylı insanların çıxarılması nə məqsəd daşıyır.
Dəfələrlə Akif Süleymanovun çirkin əməlləri haqqında dövlət qurumlarına rəsmi müraciətlər olunsa da, təəssüflər olsun ki, heç bir nəticə yoxdur. Müraciət olunan dövlət qurumlarında əməkdaşların şikayət ərizələrinə baxılmır. Rektor Akif Süleymanov və oğlu Şamil Süleymanov cənab Prezident Sizin, məmurlara etdiyiniz övlad özbaşınalığı ilə bağlı xəbərdarlığınıza məhəl qoymur.
Cəzasızlıq o həddə çatıbdır ki, Texnologiya Universitetində Ulu Öndər Heydər Əliyevin adına olan “Muzeydə” prorektor Vüqar İsmayılov özünə və dostlarına ad günü keçirir.
Cənab prezident! Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanovun və oğlu Şamil Süleymanovun “AZİNKA” şirkətinin vasitəsi ilə Universitetə təyin etdikləri
vəzifəli şəxslərinin özbaşınalıqları, çirkin əməllərindən bütün dövlət qurumlarına müraciət etsəm də, təəssüflər olsun ki, heç bir nəticə verməyib. Rektor Akif Süleymanov dəfələrlə Universitetin əməkdaşlarına bildirib ki, məni bura prezident təyin edib, mənim şikayətimi kimə edirsiz sizlər.
Azərbaycan Texnologiya Universitetinin Ulu Öndər Heydər Əliyevin birbaşa qayğısı və himayədarlığı ilə yaradılıb. Sizdən xahişim budur ki, Texnologiya Universitetinin rektoru Akif Süleymanov haqqında ciddi addım atasınız. Rektor Akif Süleymanovu işdən kənarlaşdırmağınızla birlikdə, onu Azərbaycan Qanunlarının qarşısında cavab verməyi üçün ciddi tədbir görəsiniz”.
Redaksiyadan: Müraciətdə adları hallanan tərəfləri də dinləməyə hazırıq.