Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

İranda səkkiz nəfər "əmək etirazı" fəalı tutuldu

 İranın Cənubi Pars bölgəsində SEPAH tərəfindən səkkiz əmək tətili fəalı həbs olunub. Zəhmətkeşlərin maaşlarının artırılması yönündə göstərdikləri fəaliyyət teokratik rejimi ciddi narahat edir.
Yenixeber.org: Həmin şəxslərin həbsi barədə məlumat verən Buşəhr valisinin siyasi, təhlükəsizlik və sosial məsələlər üzrə müavini Əkbər Purat onları xarici şəbəkələrlə əməkdaşlıqda günahlandırıb.
“Bu “liderlər” əmək tətilini davam etdirmək üçün virtual və real məkan vasitəsilə Cənubi Pars bölgəsində fəaliyyət göstərirlər. Bu fəalların “iğtişaşçı və tətillərin lideri” adı altında həbsi cari ildə fəhlə və qulluqçuların maaş artımı inflyasiyanın yarı səviyyəsinə bərabər olduğu halda həyata keçirilib. Cənubi Pars bölgəsindəki “əmək tətilləri” əsas daxili “liderləri” müşahidə yolu ilə müəyyənləşdirilən xarici şəbəkələr tərəfindən təşkil edilmiş və dəstəklənmişdir” - Purat deyib.
Yeri gəlmişkən, hakimiyyət nümayəndələrinin ölkədə baş verən etiraz və tətillərli “xaricdəki şəbəkələr”lə əlaqələndirməsi yeni bir hal olmayıb, əslində İrandakı teokratik rejimin öz repressiya siyasətinə guya xarici düşmənlərlə qarşı mübarizə adı altında bəraət qazandırmaq cəhdidir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam