Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT

Redaksiyamıza müraciət edən Qarabağ qazisi Faiq Babayev şikayət edir ki, Binəqədi rayon icra hakimiyyətinə tabe olan 28 May qəsəbəsində yerləşən şəxsi obyektinə qapı-pəncərə qoyduqdan sonra icra nümayəndələri tərəfindən təzyiqlərə məruz qalıb.

Yenixeber.org: Qazinin sözlərinə görə, icra nümayəndəsi Samir adlı şəxs onunla görüş zamanı əllə 10 min manat məbləğini göstərərək bu pulu verməsə, obyektin uçurulacağını bildirib. Faiq Babayev bu tələbi rədd etdikdən sonra isə obyektinin söküldüyünü qeyd edir.
Hazırda ərazidən əldə olunan video görüntülərdə obyektin dağıdılmış vəziyyətdə olduğu açıq şəkildə görünür. Obyektdə heç bir genişmiqyaslı tikinti aparılmadığı, sadəcə qapı və pəncərələrin dəyişdirildiyi müşahidə olunur.
Faiq Babayev bildirir ki:

“Bu əmlak mənim şəxsi mülkümdür. Sadəcə olaraq yenidən bərpa etdim. Əgər sənədlə bağlı problem olsaydı, bildiriş göndərilərdi. Amma məndən rüşvət tələb etdilər. Qazi olduğumu bildirsəm də, buna məhəl qoymadılar.”

Qazi məsələ ilə bağlı aidiyyəti qurumlara rəsmi şikayət etdiyini, hüquqi müstəvidə haqqını tələb edəcəyini qeyd edir.
Məsələni diqqətdə saxlayırıq. Mövzu ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətindən və Samir adlı əməkdaşdan münasibət öyrənməyə çalışacağıq. Qarşı tərəfin cavab haqqı tanınır.(Bakunews.az)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam