Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“Sədərək"dəki yanğının TƏFƏRRÜATI

"Sədərək" ticarət mərkəzindəki yanğının bəzi təfərrüatı açıqlanıb.

Yenixeber.org: Bu barədə jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəisi Taleh Babayev bildirib.

O, qeyd edib ki, yanğın anbarda baş verib. Saat 11:50 radələrində "Sədərək" ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbar ərazisində yanğın baş verməsi haqqında məlumat nazirliyin 112 qaynar xəttinə daxil olub.

Dərhal nazirliyin dövlət yanğındansöndürmə xidmətinin qüvvələri və xüsusi riskli xilasetmə xidməti əraziyə cəlb olunub.

“Yanğının mürəkkəbliyi nəzərə alınaraq yüksəksəviyyəli çağırış elan olunmuşdu. Yanğın anbar ərazisində baş verdiyi, sintetik saxlanma zonası olduğu üçün yanğınsöndürməsində mürəkkəblik yaranıb. Hazırda yanğının məhdudlaşdırılması istiqamətində bütün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Yanğın yerində olan şəxsi heyət və texnikanln sayı yetərincədir.

Yanğının daha irimiqyaslı ərazini əhatə etməsinin qarşısı alınıb. Eyni zamanda yaxınlıqdakı yanacaqdoldurça məntəqəsinin və digər anbarların mühafizəsi tərəfimizdən təmin olunub”, - o bildirib.

"Sədərək"dəki yanğının bəzi TƏFƏRRÜATLARI

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam