Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Hacı Rasimin "Möcüzə"si - Bakıxanovda səkiləri zəbt edib marketini yekəldir -FOTO+VİDEO

Hacı Rasimin "Möcüzə"si -
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Möcüzə” market həm piyada səkisini, həm də avtomobil yolunu zəbt edib.
Yenixeber.org: Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Möcüzə” market piyada səkisini, həm də avtomobil yolunu zəbt etməklə vətəndaşları narahat edir.
"Möcüzə” market son bir ildə qanunsuz tikintilərin sayını artırmaqla Nazim İsmayılov 5 ünvanını "işğal” edib. Məlumata görə market rəhbəri Hacı Rasim Sabunçu rayon İcra Hakimiyyəti ilə anlaşdığı üçün adiyyatı qurumlar "Möcüzə”nin ətrafında aparılan qanunsuz tikililərə göz yumurlar.
Bildirilir ki, "Möcüzə” market rəhbəri hacı Rasim Bakıxanovda market anlayışından küçə ticarətinə keçib. Belə ki, artıq hər gün marketin meyvə-tərəvəz piştaxtaları piyada səkisinə düzülüb. Piyada səkisini marketə qatan hacı Rasim qanunsuz işlərini qanuniləşdirdiyini iddia edir. Vətəndaşlara ucuz mal satmağı ilə öyünən hacı Rasim əslində Sabunçu RİH-nə verdiyi rüşvət sayəsində qanunları tapdaq altına alır. Hazırda Bakıxanov qəsəbəsi Nazim İsmayılov 5 ünvanında "Möcüzə” marketin ətrafında vətəndaşların gediş-gəlişi üçün nəzərdə tutulan səkilər hacı Rasim tərəfindən zəbt edilərək "özəlləşdirilib”.(azfakt.com)
Mövzuya qayıdacağıq.


Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam