Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Nyu-Yorkda su sammiti keçiriləcək

 

“Yaxın günlərdə ABŞ-ın Nyu-York şəhərində su sammiti keçiriləcək”.

Yenixeber.org: Bunu Ağdamda Azərbaycan Hökuməti və ölkədə fəaliyyət göstərən BMT sistemi arasında keçirilən İllik yüksək səviyyəli strateji məsləhətləşmələrdən sonra jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin baş məsləhətçisi, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyi rəhbərinin müavini Sultan Hacıyev deyib.

O bildirib ki, Nyu-Yorkda su idarəetmə məsələləri müzakirə ediləcək: “Bu da Azərbaycan üçün çox vacibdir”.

“Vurğulamaq istərdim ki, minatəmizləmə məsələsi daimi olaraq ölkə rəhbərinin diqqət mərkəzindədir. Tədbir iştirakçıları Ağdama gələrkən yolboyu azad olunmuş ərazilərdə böyükmiqyaslı işlərin həyata keçirilməsinin, o cümlədən minatəmizləmə işlərinin şahidi oldular. Bu gün Ağdamda faciə baş verib, 2 vətəndaşımız minaya düşərək həlak olub. Bu faciəvi hadisə Azərbaycanın necə ölümcül problemlə üzləşdiyini bir daha tədbir iştirakçılarına xatırlatdı”, - S.Hacıyev vurğulayıb.

O qeyd edib ki, BMT nümayəndələri ilə məsləhətləşmələr davamlı həyata keçirilir: “Bu tədbir keçən il Şuşada, bu il isə Ağdamda təşkil olunub. Əminik ki, bu proses davamlı xatakter daşıyacaq və ikitərəfli əməkdaşlığımızın daha səmərəli olmasına şərait yaradacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam