Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

RUSİYANIN BİR İLDƏKİ MÜHARİBƏ İTKİLƏRİ AÇIQLANDI... -Şok rəqəmlər

Yenixeber.org: Bu barədə ABŞ-ın “Forbes” nəşrinin yayımladığı hesabatda bildirilir.

“Forbes” yazır ki, Rusiya müharibəyə ayda təxminən 10 milyard dollar xərcləyib ki, bu da 2021-ci ilin dövlət büdcəsinin üçdə birinə bərabərdir.

Hesabatda ən böyük məbləğin hərbçilərin ehtiyaclarını qarşılamaq üçün xərcləndiyi bildirilir (24,7 milyard dollar maaş, 29,1 milyard dollar təzminat).

Eyni zamanda qeyd olunur ki, 2023-cü ildə Rusiyanın canlı qüvvə itkiləri böyük ölçüdə artıb. Baş Qərargahın məlumatına görə, 2023-cü il yanvarın 24-dən fevralın 24-dək Ukrayna ordusu 23 680 rus hərbçisini məhv edib. Bu, ötən ilin yayında Rusiya Federasiyasının orta statistik itkilərindən dörd dəfə çoxdur.

Bundan əlavə, Rusiya Avropanın ən böyük tank qoşunu olan Birinci Tank Alayını da itirib. Müharibə başlayandan bəri ümumilikdə 3350 rus tankının məhv edildiyi bildirilir.

Rusiyanın müharibə başlayandan bəri itirdiyi təyyarələrin ümumi dəyərinin təxminən 6,5 milyard dollar, məhv edilən helikopterlərin isə 3 milyard dollar olduğu qeyd edilir.

Məlumata görə, işğalın əvvəlində Rusiyanın 2727 uzaqmənzilli qanadlı və ballistik raketi, həmçinin 8500-dən çox qısa mənzilli (200 km-ə qədər) raketi var idi. 12 ay ərzində işğalçıların 4000-dən çox raketdən istifadə etdiyi bildirilir.

Həmçinin son aylarda bombardmanların sürətinin iki dəfə azaldığı (ayda 250-300-dən 110-180 raketə qədər) qeyd olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam