Hatayda yenidən zəlzələ olub
Türkiyənin Hatay vilayətinin Samandağ rayonundan 3,25 kilometr aralıda zəlzələ baş verib.
Yenixeber.org: Bu haqda AFAD məlumat yayıb.
Məlumata görə, yerli saatla 05:26-da Antakya körfəzində 4,5 bal gücündə zəlzələ olub.
Yeraltı təkanlar yerin 13,29 kilometr dərinliyində qeydə alınıb.