Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Neft Daşları istiqamətində insident: Sürətlə hərəkət edən naməlum hədəf zərərsizləşdirilib -RƏSMİ

Yenixeber.org: Fevral ayının 17-də saat 23:40-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin Baş Komanda Nəzarət Mərkəzi tərəfindən Xəzər dənizinin Pirallahı istiqamətində Neft Daşlarına doğru sürətlə hərəkət edən 1 (bir) ədəd naməlum hədəf müşahidə edilib və dərhal sərhəd gözətçi gəmisi həmin istiqamətə göndərilib.

Sərhəd gözətçi gəmisi tərəfindən ərazidə keçirilmiş axtarış tədbirləri nəticəsində Neft Daşlarının şimal-qərbində estakadaların arasında 1 (bir) nəfərin qayığın bortunda olan bağlamaları estakadanın üzərində olan naməlum şəxsə ip vasitəsilə ötürülməsi və estakadanın arasından çıxaraq sürətlə hərəkətini Cilov adası istiqamətində davam etdirməsi müşahidə olunmuşdur.
Azərbaycan Respublikasının ərazi sularında üzmə qaydalarını pozaraq gecə vaxtı strateji əhəmiyyətli infrakstrukturun təhlükəsizlik zonasına daxil olmuş qayığı idarə edən naməlum şəxs sərhədçilərin qanuni dayan tələblərinə məhəl qoymayaraq idarə etdiyi qayığı təqibdən yayınmaq məqsədilə sərhəd gözətçi gəmisinin ön sol bortuna vurmuşdur. Daha sonra sahilə doğru hərəkətini davam edərkən idarəetməni itirərək adanın cənub-şərqində olan estakadaya çırpılmış və qayığı idarə edən şəxs baş nahiyəsindən xəsarət almışdır.
Sərhəd gözətçi gəmisinin heyəti tərəfindən PR-2077 bort №-li, taxta tipli, yamaha-55 və yamaha-75 mühərrikli qayığın heyət üzvü 02.11.1991-ci il təvəllüdlü Pirallahı rayon, Pirallahı qəsəbə sakini Panfilov Roman Viktoroviç saxlanılaraq gəminin bortuna gətirilmiş, ilkin tibbi yardım göstərildikdən sonra sahilə çıxarılaraq Cilov adasında yerləşən Xəstəxanaya yerləşdirilmişdir.
Fakt üzrə araşdırma tədbiri davam etdirilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam