Redaktor seçimi
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Günün xəbəri

Ucarda maşını polislərin üzərinə sürən şəxs saxlanılıb -FOTO

DİN sosial şəbəkələrdə Ucar rayonu ərazisində rayonunun Qaracallı kənd sakinləri ilə polis əməkdaşlarının mübahisə etmələrini əks etdirən görüntülərin paylaşılması barədə məlumat yayıb.
Yenixeber.org: DİN-dən verilən məlumatda deyilir:
"Həmin görüntülərlə bağlı bildirmək istəyirik ki, fevralın 16-da gecə saatlarında Ucar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman hərəkətdə olan "Mercedes Vito" markalı nəqliyyat vasitəsinin sürücüsünə işıq cihazlarında texniki nasazlıq olduğuna görə saxla əmri veriblər. Polis əməkdaşları onlara təhkim olunmuş bort kompüter vasitəsilə nəqliyyat vasitəsinin sənədlərini yoxlayan zaman avtomobilin sürücüsünə törətdiyi bir neçə qayda pozuntusuna görə tətbiq edilən cərimələrin ödənilmədiyini və nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edildiyini müəyyən ediblər. Sürücü, rayonun Qaracallı kənd sakini Coşqun Mahmudovdan müvafiq sənədlərini təqdim etməyi tələb edən zaman isə C.Mahmudov buna etiraz edərək avtomobili polis əməkdaşlarının üzərinə sürüb və həmin yerdən uzaqlaşaraq yaşadığı ünvana gedib.
Ucarda maşını polislərin üzərinə sürən şəxs saxlanılıb

Onun yaşadığı yer şöbə əməkdaşları tərəfindən müəyyən edilib və o, törətdiyi əməllə bağlı araşdırma aparılması polis şöbəsinə dəvət olunub. Bu zaman C.Mahmudov və ailə üzvləri kənd ərazisində səs-küy salmaqla buna mane olmağa çalışıblar, polisin qanuni tələblərinə tabe olmayıblar. Daha sonra həmin əraziyə Ucar RPŞ-nin PPX bölüyünün əməkdaşları dəvət olunub və C.Mahmudov saxlanılaraq polis şöbəsinə gətirilib.
Onun barəsində toplanmış materiallar bu gün hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam