Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Narkoman cütlük saxlanıldı -FOTOLAR

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan cütlük saxlanıldı

Qax Rayon Polis Şöbəsi narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsləri saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, keçirilən əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş rayon sakini Ramazan Balacayev və onunla qeyri-rəsmi münasibətdə yaşayan Şükufə Hacıyeva saxlanılıb.

Şəxsi axtarış zamanı qadından metamfetamin, R.Balacayevdən isə heroin aşkar edilərək götürülüb. Onların yaşadığı ünvandan külli miqdarda heroin aşkarlanaraq istintaqa təhvil verilib. Saxlanılan şəxslər ifadələrində həmin narkotik vasitə və psixotrop maddəni sosial şəbəkədə tanış olduqları İran vətəndaşından onlayn yolla aldıqlarını bildiriblər.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, Ş.Hacıyeva bir müddət əvvəl də paytaxtda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün polis əməkdaşları tərəfindən tutulub və onun qadın olduğu nəzərə alınaraq məhkəmə tərəfindən barəsində həbs yox, polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Ancaq Ş.Hacıyeva bundan sui-istifadə edərək yenidən analoji cinayət əməlini törədib. Həmçinin, həmin faktla bağlı başlanmış cinayət işi üzrə aparılan istintaqdan yayınmağa cəhd etdiyi üçün barəsində axtarış elan edilmişdi.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam