Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

"Müdafiə naziri deputatlarla bağlı göstəriş verib"

 

Son zamanlar ayrı-ayrı qurumların, jurnalist birliklərinin, habelə parlament üzvlərinin cəbhə bölgəsinə gedərək oradakı əsgər-zabit heyətilə görüşməsi, qayğıları ilə maraqlanması ənənəyə çevrilib

"Xeberinfo.com":  Amma bir çox hallarda Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin birbaşa aidiyyatı olduğu sferada bu qəbildən olan deputatlar az-az görünür.
Komitə üzvü Zahid Oruc Modern.az saytına məsələnin heç də göründüyü kimi olmadığını söyləyib. “Müdafiə və təhlükəsizlik komitəsinin üzvləri Bakı, Bakıətrafı, Qarabağ bölgəsi və digər ərazilərdə görüşlərdə olublar. Bu görüşlər bəzən fərdi qaydada baş verib. Biz dəfələrlə belə açıq və məxfi görüşlərin iştirakçısı, təşkilatçısı, ideya müəllifi olmuşuq. Bu bilavasitə bizim işimizdir.
Lakin nəzərinizə çatdırım ki, bu görüşlər avtomatik olaraq kamera vasitəsilə düzənlənməyib. İctimai aksiyanın yeri, yurdu, əhəmiyyəti ayrıdır. Hərbi xarakterli işlər özünəməxsus tələbləri öz üzərində daşıyır.
Etiraf edək ki, bir zamanlar məhz bu məxfi görüşlərin yayılması ilə torpaqlarımızı itirdik. Kameranın obyektivinə düşən məkan, səngər düşmənə taktiki cəhətdən bu kadrlardan istifadə etməyə şərait yaradırdı”.
Deputat qeyd edib ki, nazir Zakir Həsənov təşkil edilən görüşlərə bilavasitə Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvlərinin dəvət olunması üçün hərbi hissə rəhbərlərinə göstəriş verib:
“Son bir ildə nazir Zakir Həsənovun iştirak etdiyi ən azı on tədbirdə millət vəkili olaraq şəxsən yer almışam. Mətbuata kifayət qədər açıq olduğum halda bu barədə məlumat verməmişəm. Biz məxfilik prinsiplərinə riayət etməliyik. Hərbi hissə istənilən bədii, mədəni xarakterli tədbirin obyekti deyil.
Bununla heç bir həmkarımın fəaliyyətinə kölgə salmaq, yaxud bizim fəaliyyət modelini onlara da şamil etmək fikrində deyiləm. Hər kəs sərbəstdir. Ancaq etiraf etməliyik ki, hərbi sferada məsələlər spesifikdir və burada bəlli qaydalar hakimdir.
Zakir Həsənov təyinatından sonra xüsusilə bizim komitənin üzvlərinə tədbirlərdə iştirak dəvətini verib. Bununla bağlı daxili əmr də var. Kimsə avtomatik olaraq bunu ictimaiyyətə açıqlayır, paylaşımlar edirsə normaldır. Amma kimsə bunu etmirsə onu da anlayışla qarşılamaq lazımdır”.  

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam