Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Hərbi xidmətə çağırışda naxçıvanlılara qarşı ayrı-seçkilik edilir?

 

Hərbi xidmət keçmək hər bir Azərbaycan vətəndaşının borcudur. Lakin bəzən cəmiyyət arasında çağırış yaşı çatan və Naxçıvan Muxtar Respublikasında yaşayanlara əlavə güzəştlər edildiyi fikri formalaşır. Buna səbəb olaraq naxçıvanlıların elə Naxçıvanda xidmət keçmələri əsas gətirilir.  Müdafiə Nazirliyinin mətbuat xidmətindən məsələnin birbaşa Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətindən asılı olduğunu bildirslər də, sözügedən qurumdan münasibət öyrənmək istəyimiz baş tutmadı.  

"Xeberinfo.com":  Məlumata görə, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc açıqlamasında bildirib ki, reallıq hamımıza bəllidir:  “Söhbət Naxçıvanın Azərbaycanla yalnız təyyarə vasitəsilə, yaxud İrandan keçməklə mümkün olduğundan oradakı vətəndaşların Azərbaycanın digər bölgərlərində hərbi xidmətə düşməsini gerçəkləşdirmək o qədər də sadə məsələ deyil. Faktiki olaraq Naxçıvana Azərbaycan Konstitutsiyası çərçivəsində dövlət statsunun verilməsi, eləcə də ordu birləşmələrinin xüsusi statsa qaldırılması isə bu bölgənin təhlükəsizliyi üçündür.  Həmin bölgədə olanlar bilirlər ki, Vasif Talıbovun rəhbərliyi ilə Azərbaycandan edilən bütün yardımlar hesabına o regionun təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilir. Ona görə də biz hər hansı hüquqi normativ axtarışında bulunub da oradakı insanların məcburən digər ərazilərimizə gətirilməsini tələb etməklə, həmin ərazinin mənafelərinə zərbə vurmuş olarıq”.  Zahid Oruc qeyd edib ki, Naxçıvandan digər bölgələrə əsgərlərin daşınması dövlətə külli miqdarda vəsait hesabına başa gələ bilər: “Ona görə də belə bir siyasət yürüdülür və mən bunu normal qəbul edirəm”.  Komitə üzvünün yürütdüyü fikirləri əsas götürsək, belə qənaətə gələ bilərik ki, o zaman digər ərazilərdəki vətəndaşlarımız da Naxçıvanda hərbi xidmət keçməməlidir. Deputat irəli sürdüyü arqumenti belə əsaslandırıb:  “Nəzərə alaq ki, 50 kilometr dislokasiya prinsipi Naxçıvanda tətbiq olunur. Yəni Ordubad sakini öz evinin kandarında hərbi xidmət keçmir. Əgər digər regionlarda olan vətəndaşların da Naxçıvanda xidmət keçməsinin qarşısı alınarsa, o zaman belə bir fikir ortaya çıxar ki, Naxçıvanı qorumaq yalnız naxçıvanlıların vəzifəsidir. Azərbaycan lokal olaraq bir ərazi üçün fərqli bir siyasət yürütmüş olacaq. Zənn edirəm ki, Azərbaycanın siyasi dairələri və vətəndaşları da anlayır ki, orada xidmət məsələsi heç bir halda naxçıvanlıları fərqləndirməkdən, onlara isti münasibətin təzahüründən yaranmayıb.  Əminəm ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunandan sonra bu şəraitdə heç kəs başqa bir mövqe tutmayacaq və Naxçıvanda doğulanların Şəmkirdə, Goranboyda, yaxud digər regionda hərbi xidmət keçməsinin şahidi olacağıq. Ona görə də bu gün Azərbaycanın digər bölgələrinin insanlarını Naxçınava xidmətə göndərməklə bütövlükdə ölkənin hər bir insanın artıq tarixi səbəblərdən ayrı düşmüş bir regionun təhlükəsizliyində iştirak etdiyini göstəririk. Təsəvvür edin ki, Naxçıvanda yalnız oranın vətəndaşları hərbi xidmət keçir. O zaman düşmənin mövqeləri həddindən artıq güclənər. Bu isə bizə zərbədir”.  Z.Oruc bildirib ki, bütün bunlar Silahlı Qüvvələrin və Azərbaycan hökumətinin verdiyi daxili təlimatların müddəası olaraq gerçəkləşir:  “Qanunvericilik hərbi xidməti vətəndaşlar üçün ümumi olaraq gerçəkləşdirir. Onun hansı normalar əsasında reallşması isə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətindən, o cümlədən də Müdafiə Nazirliyindən asılıdır. Onlar bu məsələdə real qanun normalarını icra edirlər. Ona görə də düşünürəm ki, bu, Nazirlər Kabinetinin təlimatı ilə həll olunacaq praktiki məsələdir. Burada vətəndaşlar arasında bərabərsizlik işarəsi qoymaq faktı yoxdur”.

Modern.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam