Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Mütəxəssislərdən xəbərdarlıq:"Süni intellekt hamını öldürə bilər"

Mütəxəssislərdən xəbərdarlıq:    "Süni intellekt hamını öldürə bilər"
Qabaqcıl süni intellekt (Aİ-Artificial intelligence) hamını məhv edə bilər. Bu sahə də nüvə silahları kimi tənzimlənməlidir.
Yenixeber.org: Bu barədə "Telegraph" nəşri məlumat yayıb. Sayt məlum istiqamətdə araşdırma aparann ekspertlərə istinad edib.
Oksford Universitetinin tədqiqatçıları hesab edirlər ki, qabaqcıl süni intellekt məqsədlərinə nəzərdə tutulduğundan başqa yollarla nail olmağı öyrənərsə, o öz proqramlaşdırmasına nəzarət edə bilər.
“Fövqəlbəşər süni intellekt hər kəsi öldürə bilən başqa bir sinflə, xüsusi risklə gəlir. Təsəvvür edin ki, itə şirniyyat yedizdirməklə təlim keçirilir. O, şirniyyatı əldə etməyə səbəb olacaq hərəkətləri öyrənməyə başlayacaq. Amma əgər it şirniyyatlarla dolu şkafı taparsa, ondan xahiş etdiyimiz davranışları etmədən özü yemək əldə edə biləcək", - Maykl Koen deyib.
O xüsusi olaraq vurğulayıb ki, "cin şüşədən çıxandan sonra" prosesləri dayandırmaq çətin olacaq: "Əgər mən bir məkrli planı həyata keçirməyə çalışan süni intellekt olsaydım, kodumu heç kimin bilmədiyi başqa bir maşına köçürərdim. Hansı ki, məni söndürmək də daha çətin olardı."
Mütəxəssislər onu da xüsusi olaraq vurğulayıblar ki, süni intellektin inkişafı hərbi sahədə, silahlanma yarışının gücləndiyi dövrdə baş verir. Ölkələr indi daha çox hərbi üstünlüklər əldə etmək üçün təhlükəli dərəcədə təkmilləşdirilmiş maşın alqoritmləri yaratmaq üçün rəqabət aparırlar.
Onlar şirkətlərin əvvəlcə rəqabəti aradan qaldıra biləcək, lakin nəticədə bütün bəşəriyyəti məhv edəcək nəzarətsiz sistemlər yaratmasının qarşısını almaq üçün qlobal tənzimləmə sisteminin yaradılmasına çağırıblar. Qeyd edilir ki, süni intellektin nə qədər uzağa gedə biləcəyi ilə bağlı heç bir məhdudiyyət yoxdur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam