Kreml Ermənistan Təhlükəsizlik Şursının katibini təxribatçı adlandırıb
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Milli Təhlükəsizlik Şursının katibi Armen Qriqoryanı təxribatçı adlandırıb.
Yenixeber.org: D.Peskov Ermənistanın "NEWS.am” saytına açıqlamasında A.Qriqoryanın fikirlərinə münasibət bildirib.
“Bu bəyanat həqiqətə uyğun olmayan təxribat sayıla bilər”, - Kreml sözçüsü vurğulayıb.
D.Peskovun sözlərinə görə, A.Qriqoryanın fikirləri həqiqətə uyğun deyil: “Rusiyanın rəsmi şəxslərindən heç kim, heç bir vasitə ilə Ermənistan tərəfə bu haqda bir söz deməyib”.