Redaktor seçimi
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

İran vətəndaşı Azərbaycana qanunsuz yolla dərmanlar keçirərkən tutuldu –Video


Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar. 
Yenixeber.org:  Bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Belə ki, Tehran-Bakı aviareysi ilə gələn İran vətəndaşına məxsus çamadanlar rentgen qurğusundan keçirilərkən monitorda şübhəli əşyaların təsviri müşahidə olunub. Bundan sonra həmin sərnişin yoxlama otağına dəvət edilib və həyata keçirilən gömrük baxışı zamanı ona məxsus baqaj yüklərindəki geyim əşyalarının - şalvar və pencəklərin, hətta alt geyimlərinin, corabların içərisində 295 konvalyut, 169 ampul, 6 blister, 17 flakon, 10 ədəd maz şəklində olmaqla 77 adda müxtəlif növ dərman preparatları aşkar edilib. Aşkar edilən dərman preparatları arasında Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin 3-cü siyahısına aid “Alprozolam”, “Oxazepam”, “Clonezepam”, “Alprokim” adlı dərman vasitələrinin də olduğu müəyyənləşdirilib.
Hazırda faktla bağlı araşdıma aparılır.
Qeyd edilib ki, antisanitar şəraitdə, hətta bəzi hallarda şəxsi istifadə adı altında psixotrop dərman preparatlarının ölkəmizə gətirilməsinə cəhd göstərilir ki, bu da “Dərman vasitələri haqqında” Qanunun və digər qanunvericilik aktlarının kobud şəkildə pozulması ilə yanaşı, ölkə əhalisinin sağlamlığına ciddi təhdiddir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam