Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Azərbaycanda gömrük xidmətlərindən ümumi məmnunluq dərəcəsi 80-84 %-dir

 

Dövlət Gömrük Komitəsinin xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri üçün keçirdiyi onlayn sorğu nəticəsində məlum olub ki, onların gömrük xidmətlərindən ümumi məmnunluq dərəcəsi 80-84 %-dir.

Yenixeber.org: Bu barədə Komitədən məlumat verilir.

Məlumata görə, sorğu elektron xidmətlərdən istifadə, gömrük orqanlarında islahatlar, şəffaflıq, gömrük qanunvericiliyi və s. mövzuları əhatə edib, eyni zamanda gömrük xidmətlərinin daha da inkişaf etdirilməsi üçün müvafiq təkliflərin verilməsi üçün şərait yaradıb.

222 xarici ticarət iştirakçısının təqdim etdiyi cavablarda ümumi məmnunluq dərəcəsi 80 %, 313 gömrük təmsilçisinin təqdim etdiyi cavablarda isə ümumi məmnunluq dərəcəsi 84 % təşkil edib. Respondentlər ümumilikdə 295 təklif irəli sürüblər.

Hər iki sorğunun nəticələri və verilən təkliflər dəyərləndirilib.

Gələcəkdə bu kimi sorğuların mütəmadi keçirilməsi nəzərdə tutulub. Komitə belə sorğularda aktiv iştiraka çağırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam