Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Bu dövlət kiberməkanda düşmən sistemlərini sındıra biləcək

Yaponiya kiberməkanda düşmən sistemlərini sındıra biləcək
Yaponiya hökuməti dünyada kiberhücumların sayının və miqyasının artmasını nəzərə alaraq, kibertəhlükəsizlik sahəsində potensialını gücləndirmək niyyətindədir.
Yenixeber.org: Bu barədə “Nikkei” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, hökumət indi kiberməkanda aktiv tədbirlərdən istifadəni məhdudlaşdıran, yalnız hücumdan sonra fövqəladə hallarda hərəkətlərə icazə verən qanunvericiliyə dəyişiklik etmək niyyətindədir. Düzəlişlərin mütəxəssislərə kiberməkanda təcavüzkarların hərəkətlərini izləmək və Yaponiya üçün risklər yaranacağı halda onların informasiya sistemlərini sındırmaq imkanı verəcəyi gözlənilir. Bu plan ilin sonuna qədər təsdiqlənəcək yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında əksini tapa bilər.
“Yomiuri” qəzeti isə qeyd edir ki, 2025-ci ilə qədər özünümüdafiə qüvvələrinin tərkibində 2 min nəfərdən ibarət kiber bölmənin yaradılması planlaşdırılır. Onlar elektron müharibə sahəsində dezinformasiyanın yayılmasına qarşı tapşırıqları yerinə yetirəcəklər.
Yaponiyanın dekabrın 16-da təsdiqlənməsi planlaşdırılan yenilənmiş Milli Təhlükəsizlik Strategiyası ölkənin rəqibin qarşısını almaq üçün əks-hücum potensialına malik olacağını nəzərdə tutur. Silahlı hücum olarsa, Tokio hücum edən tərəfin hərbi obyektlərinə zərbə endirə biləcək. Bu kimi tədbirlərin həyata keçirilməsi üçün 2027-ci ilə qədər müdafiə xərclərinin, demək olar iki dəfə - NATO modelinə uyğun olaraq ÜDM-nin 2 faizinə qədər artırılması planlaşdırılır

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam