Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Paşinyana gizli şəkildə 5 bahalı avtomobil alınıb -İDDİA

Paşinyana gizli şəkildə 5 bahalı avtomobil alınıb
Ermənistanın baş naziri Nikol Paşinyan üçün yeni bahalı avtomobil alınıb.
Yenixeber.org: “Hökumətdəki mənbəmizdən öyrəndik ki, Nikol Paşinyan üçün dövlət büdcəsi hesabına 5 yeni yolsuzluq avtomobili alınıb. Milli Təhlükəsizlik Xidmətinin (MTX) məxfi qərarı ilə əldə edilən avtomobillər Paşinyan və ailəsinə xidmət üçün MTX-nin balansına verilib. Amma satınalma barədə heç bir məlumat dərc olunmayıb", - nəşr yazıb.

Qeyd edilir ki, 4 avtomobil "Toyota Land Cruiser" 300-ün modelidir. Onların hər birinin qiyməti isə təxminən 100 min dollardır. Beşinci maşın qiyməti 130-150 min dollar arasında olan lüks yolsuzluq avtomobili Lexus LX500-dür. Yəni bütün bunlar üçün dövlət büdcəsindən 500 min dollardan çox vəsait ödənilib.

“Toyota”lar Paşinyanın avtomobil kortejində xidmətə daxil ediləcək. Yəni hazırda “Toyota Land Cruiser 200” sürən təhlükəsizlik işçiləri üçün nəzərdə tutulub. Əldə etdiyimiz məlumata görə, “Lexus LX” isə Paşinyanın həyat yoldaşı Anna Akopyandan ötrü alınıb. Söhbət məxfi qərarla əldə edilən böyük həcmli alışdan getdiyi üçün mövzuya dair xdəqiq cavab əldə edəcəyimizə ümid etmirdik. Amma MTX-yə müraciət edərək əldə etdiyimiz bu informasiyanın doğruluğunu yoxlamağa çalışdıq. MTX-nin mətbuat xidməti bu faktın doğruluğunu nə təsdiq, nə də təkzib etdi. Hazırda yeni alınmış yolsuzluq avtomobilləri müəyyən texniki modernləşdirmədən keçir və tezliklə istifadəyə veriləcək”, - müəllif yazıb. (Hraparak)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam