Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“Distant Məhkəmə”:Fərhad Mehtiyevdən absurd iddialar

              “Distant Məhkəmə”:

 

    Qarşı tərəf sözə sözlə cavab verə bilmir: faktlar qarşısında nə etməli?

Rusiyanın Sinergiya, İsveçrənin Montre Universitetlərinə Distant Təhsil adı ilə oyunlar davam edir

Yenixeber.org: Distant təhsillə bağlı bir müddət əvvəl yazdıqlarımız geniş ictimai marağa səbəb olmuşdur. Azərbaycanda təhsilin, xüsusi ilə də təhsilin bu qanadı ilə bağlı ictimai rəyin birmənalı olmaması sirr deyil. Hələ də ölkə əhalisinin əksər kəsimi Distant Təhsildən yetərincə məlumatlı deyil. Məhz bu səbəbdən də bəzi işbazlar Distant Təhsil adından şəxsi maraqları naminə Rusiyanın və digər ölkələrin özəl ali məktəbləri adı altında alverlərini genişləndirməkdədirlər. Bu istiqamətdə xeberinfo.com-a daxil olmuş məlumatlar əsasında və özəl araşdırmalarımızla silsilə yazılarımız da oldu...

                           Fərhad Mehtiyevsayağı Distant Təhsil

 

Müxtəlif Qeyri Hökumət Təşkilatlarının (QHT) adı ilə Distant Təhsili hədəfləmiş Fərhad Mehtiyevin mərkəzi ofisi paytaxtın Yasamal rayonu, Bəxtiyar Vahabzadə-5 ünvanında (Elmlər Akademiyası metrosu - Bakı Dövlət Universiteti ilə üzbəüz) yerləşir. Biz əldə etdiyimiz məlumatlar və gerçəkləşdirdiyimiz müəyyən araşdırmalarla cənab Mehtiyev və qrupunun keçmiş və bugünkü fəaliyyəti ilə bağlı xeberinfo.com-da (yenixeber.org) silsilə yazılar hazırlamışıq. Konkret faktların yer aldığı bu yazılarda Distant Təhsil adı ilə de-fakto qeyri-müəyyən maraqların önə çəkildiyindən bəhs olunur...  

Məsələn, yazırıq ki, Fərhad Mehtiyev uzun illərdir ki, məşğul olduğu bu işdə kağız üzərində mövcud olan bir çox QHT-lər yaradaraq, onları ictimai fəallıqda deyil, məhz kommersiya məqsədi ilə kullanmışdır. Bu da həmən QHT-nın siyahısı:

 1. "Bakı innovasiya texnologiyaları mərkəzi” İctimai Birliyi  – Azərbaycan

2. "İnnovasiya fəaliyyəti üçün mütəxəssislərin hazırlanma mərkəzi” ictimai birliyi – Azərbaycan

3.  "İnnovasiya” MMC – Rusiya (Bu şirkət Müasir Humanitar Akademiya tərəfindən təsis edilsə də, onun saytında olan ünvan və telefon nömrələri məhz F. Mehtiyevə mənsubdur)

4.  "İnnovasiya institutu” ictimai birliyi - Azərbaycan

5. "Avrasiya innovasiya institutu” ictimai birliyi - Azərbaycan

6.  "İnnovation Technologies in Education” LLP - Britaniya adaları (offşor zona) və s.

7. “Azərbaycan Respublikasının Regionlarında İnnovasiya Texnologiyaların İnkişafına Dəstək Fondu” (Necə də cəzbedici ad seçilib.)

Bu QHT-nın hər birinin yaradılma səbəbləri və fəaliyyəti bir yazının mövzusudur. Hansı ki, biz ötənlərdə az da olsa bu yöndə yazmışıq.

 Daha sonra yazmışıq ki, Fərhad Mehtiyev, Rəsul Mehdiyev, Süleyman Mehdiyev qardaşları və özləri kimisi olan Firidun Bəndəliyev, ofislərindəki, ikinci mərtəbədə isə Tanya, Aynur və guya Rusiyadan gələn Leyla xanım, Malik  müəllim  və.s, aşağı mərtəbədə isə Fərhad Mehtiyevin Türkiyə istiqamətində qaranlıq işlərini icra edən Vidadi Fətullah (facebook profilində adı bu şəkildə olub), Mehman Ağa (facebook profili belədir) kimi özlərinə uyğun adamları “özfəaliyyət” yuvasına toplamış və Türkiyə, Rusiya, Ukrayna hətta bir az da irəli gedərək İsveçrə universitetlərinin vasitəsi ilə distant təhsil adı ilə gənclərdən pul yığmaqla məşğuldur. Məlumata görə həmən ofisdə oturan Mehman və Vidadinin adı Qafqaz Universiteti, nurçularla bağlı məsələlərdə hər zaman hallanır. Xatırladım ki, Mehman Ağayev əvvəllər Qafqaz Universitetində işləmiş, Vidadinin isə facebook profilindən və adından çox şey bəlli olur-Vidadi Fətullah...

Yazılarda həmçinin Fərhad Mehtiyevin rəhbərlik etdiyi qrupun gənclərlə yanlış təbliğat aparmaqla, İsveçrənin Montre, Rusiyanın Sinergiya Universitetlərinin adı ilə ortalama 1000 dollar olmaqla, kağız üzərində mövcud olan şirkətlərin hesablarına yüzlərlə şəxslərdən pullar axıdılmasını da qeyd etmişdik.

Həmin hesabı sizə təqdim edirik:

“BALTİKUMUS” İBAN : LV82CBBR1122301300010

SWİFT:CBBRLV22

“İnnovation Tecnhology  in Education” LLP

(Azərbaycan vətəndaşları olan 300-400 şəxs Bakıda müxtəlif banklar, xüsusilə ExpressBankın Gənclik, Atatürk filialı vasitəsi ilə İngiltərə şirkətinə külli miqdarda pullar köçürməsi haqqında məlumatlar var.)

Məsələ burasındadır ki, həmin şirkətlər universitetlərin yerləşdiyi ölkələrdə-Rusiya universitetinin hesabı Rusiyada, İsveçrə universitetinin hesabı İsveçrədə yerləşsəydi nəsə anlamaq olardı... Lakin “İnnovation Tecnhology  in Education” LLP şirkəti İngiltərədə, qeydiyyatdan keçdiyi bank Latviyada, hesab Yunanıstan adalarında, Universitet Rusiyada, təhsil haqqı ödəyən vətəndaş Azərbaycanda !!??

 

Bu faktlar Fərhad Mehdiyev qrupunun Distant Təhsil adı ilə özəl maraqlara hesablanmış fəaliyyətlərindən qısa xatırlatmadır.

            

                                      Mətbu sayqısızlıq 

 

Biz hər bir yazını hazırlayarkən qarşı tərəflə əlaqə yaradıb, onları da dinləməyə çalışırdıq. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz uğursuz olurdu. Nəhayət günlərin birində cənab Fərhad Mehtiyevin təmsilçiləri redaksiyamızda olmuş və qarşı tərəfin mövqeyini təqdim edərək, dərc etməyimizi xahiş etmişdilər. Biz də məlum qanunlara uyğun olaraq 20-10-2016 tarixdəDistant təhsillə bağlı yazdıqlarımıza cavab gəldi: qarşı tərəfdən sərlövhəli yazı ilə qarşı tərəfin mövqeyini dərc etdik. Eyni zamanda qeyd etmişdik ki, hörmətli qarşı tərəf  yazdıqlarımızı əsassız adlandırsa da, özləri də lazımı səviyyədə əsaslı, inkaredici faktlarla çıxış etmirlər...

Nəhayət, bütün bunlardan sonra cənab Fərhad Hidayət oğlu Mehtiyev Mehdiyev qardaşlarının “distant biznesi” davam edir: FAKT” və “Distant təhsil adına rəzalət: “SİNERGİYA”nın adından alver!sərlövhəli yazılarmızdan dolayı məhkəməyə üz tutmuş və bu  mövzuda yazıların qadağan edilməsi ilə bağlı 01.12.2016 cı il tarixdə qərar da çıxarılmışdır.

Fərhad müəllimin bu addımını anlamaq həm çox zor, həm də çok kolay. Bu söz, mətbuat azadlığını “unutmaq”, sözə sözlə cavab verməyi ya istəməmək, ya da bacarmamaq nümunəsidir. Mən hələ mətbu azadlıqla bağlı ölkəmizin beynəlxalq təşkilatlar qarşısındakı öhdəliklərini demirəm...

İddia... əsassız olmaqla bərabər, həm də absurd tələblərlə diqqəti çəkir: “Təkzib” başlığı ilə iddiaçıdan üzr istənilməsi və 60339 manat iddiaçının xeyrinə tutulması(?)

         Fərhad Mehtiyevin bizi məhkəməyə verməyini anlamağımızı asanlaşdıran səbəb odur ki, o bununla sanki özünü sığortalamaq istəyir. Yəni Rusiyadakı tərəfdaşları və ya Azərbaycandakı rəsmilər bu yazını oxuyub, onun əməllərindən xəbər tutduqda Fərhad müəllim desin ki, “qəzeti məhkəməyə vermişəm”.

 Lakin tərəfimizdən bu qəraradadla bağlı verilən kassasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılmışdır. 06.02.2017-ci ldə keçirilən məhkəmə iclasında ədalət qalib gələrək kassasiya şikayətimiz təmin edilmiş və məlum qərar da ləğv edilmişdir! Burası belə...

İddia təəccüb və təəssüf doğuran detallarla da zəngindir. Məsələn, təəccüblüsü odur ki, hörmətli Mehtiyev iddia edir ki, Distant təhsil adına rəzalət: “SİNERGİYA”nın adından alver!sərlövhəli yazını oxuduqdan sonra səhhətində ciddi problem yaranır və müalicə üçün Yalta şəhərinə getməli olur. Təyyarə bilet pulundan tutmuş, bütün müalicəsi, eləcə də şərəf və ləyaqətinə vurulmuş zərərlə birlikdə “Yeni xəbər” qəzetindən nə az-nə çox, toplam 60339 manat istəyir(?) Təəccüblüdür: əvvəla, o yazıda nə var ki, iddiaçını xəstəliyə salıb? İkincisi, Yalta daha çox kurort şəhəri kimi tanınmırmı? (Adam gedib, Yaltada hansısa sanatoriyada istirahət edib də, xərcə düşüb. Bizim günahımız nə?) Üçüncüsü, ilin-günün bu vaxtında, həftəlik nəşr olunmağı belə bacarmayan bir qəzet hara, 60339 manat hara? Ola bilər ki, Fərhad müəllim üçün bu sadəcə “semiçka pulu”dur (Məlumatlara görə elə belə də var: Land-Cruiser, Range-Rover və s.), elə o səbəbdən bizi də “öz arşını ilə ölçür”. Biz heç yuxuda da belə, o məbləği görə bilmərik, Fərhad müəllim. Nə isə,... iddiada təəccüb doğuran təkcə bu detallar deyil.

Təəssüf doğuran isə odur ki, özünü təhsil adamı kimi təqdim edən, müxtəlif titulların sahibi, ziyalı birisi mətbuatla məhkəmə müstəvisində “əməkdaşlıq edir”. Yuxarıda da qeyd etdiyimiz kimi, biz daim qarşı tərəfə açıq omuşuq, onların əsassız da olsa belə, yazılı mövqelərinə yer ayırmışıq və bundan sonra da yer ayırmağa hazırıq.

06.02.2017-ci ldə Bakı Apellyasiya Məhkəməsində  keçirilən məhkəmə iclasında kassasiya şikayətimiz təmin edilməsindən sonra biz bu mövzuda yazılara son vermək qərarına gəldik. Lakin qarşı tərəfin yenidən məhkəməyə müraciət etdiyini nəzərə alaraq, mövzunu davam etdirməkdə qərarlıyıq. Ötən yazılarda da qeyd etdiyimiz kimi, Fərhad Mehtiyev və ətrafının “Distan Təhsil” adlı fəaliyyətləri ilə bağlı redaksiyamızda dəqiqləşdirilməsinə ehtiyac olan saysız məlumatlar var. Eyni zamanda bizə daxil olan məlumata görə Fərhad Mehtiyev barəsində digər vətəndaşlar tərəfindən daxil olmuş müraciətlər əsasında Vergilər Nazirliyində də araşdırmalar başlayıb və belə müraciətlərin sayının artacağı gözlənilir.

 Qarşıdakı günlərdə bu məlumatlara aydınlıq gətirməklə, yeni yazılar hazırlayacağıq. Sözsüz ki, qarşı tərəfi də dinləməyə hazırıq.

Aydın      

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam