TBMM-dən qəzaya uğrayan təyyarə ilə bağlı AÇIQLAMA
Türkiyəyə məxsus hərbi yük təyyarəsinin qəzaya uğradığı yerdəki axtarış-xilasetmə işlərini yaxından izləyirik.
Yenixeber.org: Bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş X sosial şəbəkə hesabında paylaşım edib.
"Azərbaycandan ölkəmizə qayıdan, Milli Müdafiə Nazirliyimizə aid hərbi yük təyyarəmizin Gürcüstanda qəzaya uğradığı xəbərini böyük bir kədərlə öyrəndim. Hadisə yerində davam edən axtarış-xilasetmə işlərini yaxından izləyirik. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyirəm. Əziz millətimizin başı sağ olsun", - paylaşımda qeyd edib.









AZ
RU
