Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Kitabxanalardakı vakant vəzifələr üçün imtahan keçirilib

 

Mədəniyyət Nazirliyinin sistemində olan kitabxanalar üzrə vakant vəzifələrin tutulması məqsədilə test imtahanı keçirilib.

Yenixeber.org: Bu barədə Mədəniyyət Nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, Azərbaycan Milli Kitabxanasında təşkil olunan imtahanda qeydiyyatdan keçmiş 357 namizəddən 319 nəfəri iştirak edib.

Test imtahanın nəticələri dekabrın 2-də namizdələrin iş nömrəsi və topladığı bal qeyd olunmaqla nazirliyin rəsmi saytında elan olunacaq, eyni zamanda nəticələr və müsahibə barədə məlumatlar namizədlərin əlaqə vasitələrinə göndəriləcək.

Test imtahanı üçün tərtib olunmuş sual kitabçası kitabxana işinə dair normativ hüquqi aktlar əsasında hazırlanmış 50 sualı özündə ehtiva edib.

Namizədlər Bakı şəhərində fəaliyyət göstərən kitabxanalar üzrə vakant vəzifələrin tutulması üçün 70% (35 düzgün cavab), Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə 60% (30 düzgün cavab) və digər inzibati ərazi vahidləri üçün 50% (25 düzgün cavab) müsbət nəticə əldə etməlidirlər.

Qeyd edək ki, kitabxana işi üzrə aparılan islahatlar çərçivəsində Mədəniyyət Nazirliyinin sistemində olan kitabxanalarda peşəkar insan resurslarının formalaşdırılması və əmək bazarında şəffaf rəqabətin yaradılması məqsədilə həmin müəssisələr üzrə vakant vəzifələrin tutulmasının müsabiqə əsasında həyata keçirilməsi qərara alınıb. Test və müsahibə mərhələlərindən ibarət olan müsabiqə əsasında nazirliyin sistemində olan kitabxanalara işə qəbul zamanı “Mədəni-maarif müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na uyğun olaraq hər bir vəzifənin əmək funksiyalarına dair müəyyən edilmiş normativlər üzrə həmin vəzifəyə iddia edən şəxslərin bilik səviyyəsinin və peşə hazırlığının, o cümlədən məntiqi təfəkkürünün və dünyagörüşünün yoxlanılması həyata keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam