Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib

 

Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib.

Yenixeber.org: Bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə” fərmanında dəyişiklik edilməsi barədə fərmanda nəzərdə tutulub.

Belə ki, "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə"nin 5.1-ci bəndindən “, həmçinin Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi” sözləri çıxarılıb.

Əsasnamənin 5.8-ci bəndindən “, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədrindən” sözləri çıxarılıb.

Habelə, Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb. Həmin idarə isə Dövlət Gömrük Komitəsinin strukturuna daxil edilib.

Dövlət Gömrük Komitəsinə qurumun strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam