Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

BMT-nin ali komissarı:"İranda 14 min etirazçı həbs olunub, 300-dən çoxu öldürülüb"

 

“Əldə etdiyimiz məlumata əsasən, İranda etiraz aksiyaları zamanı uşaqlar da daxil olmaqla 14 min nəfər saxlanılıb, 300-dən çox insan öldürülüb. Qətlə yetirilənlərdən 40-ı uşaqdır”.

Yenixeber.org:  Bunu BMT-nin İnsan Hüququları üzrə ali komissarı Folker Türk noyabrın 24-də qurumun İnsan Hüquqları Şurasının xüsusi iclasında bildirib.

Onun sözlərinə görə, Mehsa Əmininin qətlinə etiraz olaraq sentyabrın 16-dan İranda davamlı etiraz aksiyaları keçirilir: “İranın 31 əyalətinin 150 şəhərində və 140 universitetində etiraz aksiyaları olub. Etnik azlıqların yaşadığı regionlar daha çox qurban veriblər”.

Ali komissar deyib ki, etnik azlıqların parlamentdəki nümayəndələri etiraz aksiyalarını zorakılıq yolu ilə yatırdığına görə İran hakimiyyətini tənqid edib.

Qeyd edək ki, İranın rəsmi mənbələri 2500 yaxın aksiya iştirakçının həbs olunduğunu açıqlayıb. Onların 4 barəsində edam hökmünün çıxarılmasına dair məlumatlar yayılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam