Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Günün xəbəri

ERMƏNİLƏR MINALARI TƏMİZLƏMƏYƏ QOYMURLAR - Qazaxın azad olunan kəndləri ətrafında gərginlik

Ermənistanda Qazaxın 4 kəndinin qarşılıqlı razılaşma əsasında azad edilməsilə bağlı gərginlik davam edir.

Yenixeber.org: Gün ərzində paytaxt irəvan da daxil olmaqla, ölkənin bir neçə yerində avtomobil yolları revanşist və rusiyapərəst qüvvələr tərəfindən bağlanıb. Onlar kəndlərin Azərbaycana verilməsinə etiraz edirlər.

Bu arada ermənilər sözügedən kəndlərin çevrəsindəki mina sahələrinin təmizlənməsinin qarşısını almağa çalışırlar. Parlamentdəki Sarqsyan-Koçaryan cütlüyünün yaratdığı “Ermənistan” blokundan olan deputat Qarnik Danielyan deyib ki, əhali minatəmizləyənlərin fəaliyyətinə imkan verməməyə çalışır.

Həmçinin, minatəmizləyənlərin özləri də bu işi görmək istəmirlər: “Bildiyiniz kimi, dünən burada gərgin vəziyyət yaranmışdı, insanlar minatəmizləmə işlərinin qarşısını almağa çalışırdılar. Dünən burada minatəmizləmə işi aparılmayıb, lakin Berkaber sahəsində aparılıb və işçilərdən biri yaralanıb. Əldə etdiyimiz məlumata görə, o, xəstəxanaya aparılıb və hazırda onun həyatı üçün təhlükə yoxdur. Bizdə məlumat var ki, bu günlərdə bir çox istehkamçılar minatəmizləmə işlərini yerinə yetirməkdən imtina edirlər. Bəziləri artıq ərizə yazır və işlərini tərk edirlər. Onlar bu işlə məşğul olmaq istəmədiklərini bildiriblər. Bu adamlar başa düşürlər ki, minatəmizləmə işləri aparmaqla bu minaları yığışdırmaqla indiki hakimiyyətin şəriki olurlar, azərbaycanlıları öz kəndlərinə, şəhərlərinə dəvət edirlər”.

Azərbaycanın qanuni ərazilərinin dinc yolla qaytarılmasına etirazlar göstərir ki, müharibədəki biabırçı məğlubiyyət və çoxsaylı itkilər hələ də erməni cəmiyyətinin əhəmiyyətli bir hissəsinə dərs olmayıb. Bunun nəticəsidir ki, onların bir çoxu revanşist və qatı milətçi qüvvələrin əlində alətə çevriliblər.(Azpolitika)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam