Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

ASAPES-in əməkdaşları Erasmus+ mübadilə proqramında iştirak edib-FOTOLAR

  

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə (ASAPES) Litva İdman Universiteti (LİU) arasında imzalanmış müqaviləyə əsasən, Akademiyanın İdman menecmenti və kommunikasiya kafedrasının müəllimi Aytac Təhməzova və Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Nərgiz Vəliyeva “Erasmus təcrübəsinin 25 ili: Sabah bu gündən başlayır” adlı 7-ci beynəlxalq həftədə iştirak ediblər.  

Yenixeber.org: LİU tərəfindən təşkil olunan proqrama əsasən, ASAPES nümayəndələri müxtəlif ölkələrdən gəlmiş 20-yə yaxın əcnəbi professor-müəllim heyəti ilə yaxından tanış olub, tədris prosesində iştirak ediblər. Onlar həmçinin universitetin infrastukturu və tədqiqat mərkəzləri haqqında ətraflı məlumatlandırılıblar.

Beynəlxalq həftə çərçivəsində ASAPES haqqında tələbə və müəllim heyəti qarşısında video-təqdimatla çıxış edən təmsilçilərimizə sonda sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Litva İdman Universiteti ilə ASAPES arasındakı Erasmus+ müqaviləsinə görə, may ayının sonunda LİU-nun akademik heyəti ASAPES-ə səfər edəcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam