Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

TƏMİZ SAHƏ

  

Kolxoz sədri idarədən çıxanda maşını bir başa briqadir Həmzənin pambıq sahəsinə sürdürdü.Həmzə pambıq sahəsinin qırağında olan yeganə salxım söyüdün altında uzanıb kölgələnməyin kefini çıxarırdı.Qulağına maşın səsi gəldi.Uzandığı yerdən qalxdı.Gələn kolxoz sədri Məmməd Məmmədov idi.Həmzə orta məktəbdə Məmmədlə bir sinifdə oxumuşdular,hətta on il bir partada oturmuşdular.

Yenixeber.org: Bu da imkan verirdi ki,onlar bir-biriylə zarafat da eləsinlər.Amma işdə yox,işdən qıraqda.İşdə sədr sədr idi,briqadir briqadir.Maşın salxım söyüdün yanında dayandı.Sədr maşından düşüb briqadirlə əl tutub  salamlaşdı.Məmməd:-Ay Həmzə,idarədə iş-güc çox olduğundan macal tapıb sahələrə çıxa bilmirəm.Vəziyyət nə yerdədir?

-Yoldaş sədr,şükür pis deyil.Amma hektarçılardan bəzilərinin bəhanələrlə işə seyrək çıxmalaı ucbatından bəzi sahələrdə alaq artıb.Sən heç narahat olma,sabahda,birigündə çəkdirəcəm.

Onlar birlikdə pambıq sahəsinə daxil oldular.Sədr alaqlı  sahəni görüb soruşdu:

-Həmzə,bu sahə kimindir?

-Yoldaş sədr,sizin Cibinin.Neçə dəfə qapılarına gedib çağırmışam,hər dəfə bir bəhanə gətirib işə çıxmayıb.

Cibi sədrin yaxın qohumu olduğuna görə Həmzə sədrə “sizin Cibi”dedi.Əslində onun adı Cibi yox,Cəbrayıl idi.Ailənin yeganə oğlan uşağı olduğundan uşaqlığından əzizləmək üçün Cibi deyə çağırmışdılar.Beləcə 25 il idi ki,Cəbrayıl olmuşdu Cibi.

Məmməd kəndə çatan kimi adam göndərib Cəbrayılı idarəyə çağırtırdı.Cəbrayıl kolxoz sədrinin onu idarəyə çağırmasından çox narahat oldu,fikiri yüz yerə getdi,bir şey tapmayıb əli boş geri qayıtdı.Xeyli fikirə getdi və birdən yadına düşdü ki,neçə gündür briqadir onu pambıq alağına çağrır,amma o,bəhanələrlə alaq çəkməyə getmir.Yəqin elə buna görə sədr onu çağrır.

Hava isti olduğundan sədrin otağının qapısı açıq idi.Cəbrayıl şəhadət barmağını qatlayıb iki dəfə açıq qapıya vaurdu.Qapının döyüldüyünü eşidən sədr qarşısındakı qovluqdan başını qaldırıb qapıya tərəf baxdı.Cəbrayılı qapının ağzında görüb:-Hə Cəbrayıl,gəl görüm.

Cəbrayıl içəri keçdi.Salam verib,əleykisini aldı.Sədr yaxınlıqdakı stulu göstərib:- Otur görüm.Sədrin mülayim danışmağı Cəbrayılı ürəkləndirdi və mizin arxasındakı stullardan birini çəkib oturdu.Sədr:-Cəbrayıl,bu gün pambıq sahəsini gəzirdim,sənin hektarından alaqlı sahə görmədim.Bundan xəbərin var? Cəbrayıl çəkinə-çəkinə:-Var yoldaş sədr,var.-Varsa,bəs niyə gedib çəkmirsən?

-Yoldaş sədr,sabahdan gedib çəkəcəm.

-Yox sabah sən getməyəcəksən,evinizdən bir nəfər gedəcək.Sən Həmzənin qızını qaçırmağa gedəcəksən.Xəbərim var qızı çox istəyirsən,lap Məcnun Leylini istəyən kimi.Deyilənə görə o,da sənə biganə deyil.Dəfələrlə dədənin Həmzənin qapısını döyməyini də bilirəm.Belə olan halda bir çıxış yolu var.o da qızı qaçırmaqdır.Get qaçır.Milisdən də qorxub eləmə,arxanda dayanmışam,hər şeyi yoluna qoyacam.

Sədrin təklifi Cəbrayılın lap ürəyindən oldu.Sədrin otağından bir dünya sevinclə çıxdı.Qanad açıb əmisigilin həyətinə qondu.Sinif yolldaşı olan əmisi qızı Nərgizə yalvardı ki,Həmzənin qızı Narıngülü salxım söyüdün altına çağırsçn.Məqsədini də Nərgizə bildirdi.Bu təklifdən Nərgiz əvvəl-əvvəl qorxdu,bu işə qol qoymaq istəmədi.Sonra Cəbrayılın yalvar- yaxarından ürəyi yumuşaldı.

Cəbrayılın briqadir Həmzənin qızı Nrıngülü qaçırmağı ildırım sürətiylə kəndin bu başından girib.o başından çıxdı.

Düzdü,Həmzə bu xəbərdən bir az əsdi,coşdu.Amma kolxoz sədrinin,Cəbrayılın başqa qohum-əqrabalarının üzürxahlığı,minnəti,xahişi onu yumuşaltdı.Bir də Cəbrayıl pis oğlan deyildi.Nəsilin,kəndin sakit,başı aşağı,bacarıqlı oğlanlarından biriydi.

  Barışığın,toyun üstündən xeyli vaxt keçmişdi.Sədr Məmməd yenidən pambıq sahələrinə baş çəkməyə getdi.Həmişə olduğu kimi sədr yenə yolunu birinci Həmzənin sahəsindən saldı.Axı indi onlar sinif yoldaşlığından başqa həmi də bir köynək yaxın olmuşdular.Sədr Cəbrayılın sahəsini alaqsız görüb bic-bic soruşdu:- Həmzə,bu təmiz sahə kimindir,göz oxşayır?

-Yodaş sədr,bizim Cəbrayılın.

Sədr eşitdiyi cavabdan ucadan qəhqəhə çəkdi.Sədrin belə gülməyini Həmzə göydə tutdu və o,da sədrə qoşulub güldü.İndi “sizin Cibi”,”bizim Cəbrayıl ”olmuşdu.

 Məhərrəm Şəmkirli.   



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam