Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

“BAŞLICA TAPŞIRIQ KRIMIN AZAD EDİLMƏSİDİR” –“Hər şey Ağ Evin siyasi iradəsindən asılıdır”

Ukrayna ABŞ-dən gələcək hərbi yardımların köməyi ilə öz müdafiə imkanlarını yüksəltməyi planlaşdırır. Ukrayna ordusu ruslara qarşı təsirli zərbələr vurmaqla yanaşı, müharibənin gedişinə uyğun qərarlar verəcək. Hazırda Rusiya ordusu iri miqyaslı hücum əməliyyatına hazırlaşır. Rusların döyüş taktikasına yaxşı bələd olan ukraynalılar onların hansı istiqamətlərdən hücuma keçəcəklərini müəyyənləşdirməkdə çətinlik çəkməyəcəklər.

Yenixeber.org: Ukraynanın “Apostrof.ua” saytı ehtiyatda olan polkovnik, hərbi ekspert Roman Svitan ilə cəbhədəki mövcud vəziyyəti, Ukrayna ordusunun əks-hücum perspektivlərini müzakirə edib.

“Rusiya iki istiqamətdən hücum edəcək, Ukraynanın isə yalnız bir istiqaməti var” başlıqlı müsahibədə Svitan Ukraynanın şanslarını belə dəyərləndirib: ”Biz düşmənin cəbhə xəttindəki 500 kilometrlik təchizatına nəzarət etməli və onların dəmir yolu infrastrukturunu məhv etməliyik. Çünki dəmir yolu olmadan hərbi birləşmələri təchiz etmək çox çətindir. Amma hazırda bizdə olan mərmilər bu işin öhdəsindən gələ bilmir. Bizə yarım tonluq bombalar, raketlər lazımdır. Düşmən öz texnika və silahlarının əsas hissəsini cəbhə xəttində yerləşdirə bilir. Burada artıq ikinci variant işləyir və yaxın hədəfləri vurmaq üçün kifayət qədər artilleriya mərmisi və dron olmalıdır. Özümüzü dronlarla təmin edə bilirik. Hər gün cəbhə xəttində 300-400 PUA fəaliyyətdədir. Hərçənd ki, gündəlik 3-4 min vəd etmişdilər. Hələ ki, bu sayda dron görsənmir, ancaq hər halda bu sahədə biz xeyli irəliyə getmşik. Hələ üstəlik bizim operatorların da sayı artır. Ancaq mərmilərlə bağlı problemlər var və tərəfdaşlarımız bu məsələdə bizə kömək edirlər. Çexiya, Baltik ölkələri, Avropa İttifaqı bizə milyondan artıq mərmi verəcək. Yəni, təchizat üçün mexanizm var və əlverişli vəziyyətdəyik. Gündə 10 min mərmi sərf edə bilmək mərhələsinə çıxa bilərik.

Cəhbədəki vəziyyətə gəldikdə isə, rusların qarşılarına qoyduqalrı əsas məsələ Luqansk və Donetsk vilayətlərinin sərhədlərinə çıxmaqdır. İndi onlar Baxmut və Avdeyevka istiqamətlərində fəal hücumlar həyata keçirirlər. Bundan başqa, onlar Çasov Yarda və Pokrovsk tərəfdə də fəaldırlar.

Rusiya ordusu Çasov Yar istiqamətindən “Su-25” hücum aviasiyasının köməyi ilə hücuma keçməyə cəhd göstərir, amma bombardmaçılardan istifadə etməkdən qorxurlar. Hətta onlar hücum təyyarəsindən də çox qısa müddətdə istifadə edirlər, çünki bizim daşına bilən zenit raketlərimizdən qorxurlar. Onu da deyim ki, biz orada Zenit Raket Kompleksindən istifadə edə bilmirik. Ona görə ki, ruslar onun yerini müəyyənləşdirib, dərhal məhv edə bilərlər. ”F-16”-lar olmadan havada üstünlük qazanmaq mümkün deyil. Ona görə də Çasov Yarda vəziyyət ağırdır.

Ruslar piyadaları zirehli maşınlara doldurub hərəkət etməyə cəhd göstərirlər, həm də müxtəlif istiqamətlər üzrə. Onlar Baxmut tərəfdən frontal təzyiq göstərməyə çalışırlar, buna cinahlardan da cəhd edirlər. Biz hələ ki, Çasov Yardakı vəziyyətə nəzarət edirik, ancaq bu, çox ağırdır. Vəziyyəti müsbətə doğru dəyişmək və ya Zenit Raket Komplekslərinin sayını artırmaq olar, amma bunu Çasov Yar, Konstantinovka, Drujkovsk, Kramatorsk və Slavyanska yaxın yerdə etmək olmaz. Bundan başqa, daşına bilən zenit raketlərinin də sayını artırmaq olar”.

“Əks-hücum olacaqmı” sualına ekspert belə cavab verib: “Cəbhə xəttinin yeri, düşmənin qüvvə və hərbi texnikasının sayı bizə hücum əməliyyatı keçirmək üçün yalnız bir, ən yaxşı hada iki istiqamət verir. İndi bizim şərq istiqamətində hücum etməyimiz məqsədəuyğun olmaz. Biz Krım məsələsini həll etməyincə, Donbasa doğru irəliləmək imkansızdır, çünki Krımdan ordumuzun kürəyinə vurulacaq zərbə bizi yenidən start vəziyyətinə geri qaytaracaq. Yəni, biz yenidən Zaporojye istiqamətinə qayıdacağıq. Ona görə də cəbhənin konfiqurasiyasından asılı olaraq, deyə bilərəm ki, başlıca tapşırıq Krımın azad edilməsidir. Cəbhə arxasındakı problemi həll etdikdən sonra Donbasa tərəf hərəkət etməyə başlamaq olar. Bu perspektivlərə minimum il yarım, iki il vaxt lazımdır. Cəbhənin belə bir vəziyyətində ən optimal hərəkət variantı sol sahil istiqamətindən əvvəl Skadovskaya, sonra isə Armyanska doğru irəliləməkdir. Bütün bunların hamısı xəritə üzərində də görünür və hərbçilər belə bir plan hazırlaya bilərlər. Bu planın həyata keçirilməsi üçün nə qədər güc və vasitənin lazım olması bəllidir. Orada məsafə 70-80 kilometrdir, bu isə aviasiyanın vacibliyindən xəbər verir. Aviasiya dəstəyi olmadan hər hansı hücumdan söhbət gedə bilməz. Həm də ki, aviasiya kifayət sayda olmalıdır, heç olmazsa bir neçə briqada, təxminən 60-70 təyyarə lazımdır.

Yəni, əvvəlcə aviasiya düşmənin möhkəmləndirilmiş mövqelərini məhv edir, sonra quru əməliyyatı başlayır və bu da öz növbəsində müəyyən güc və vasitə tələb edir. Bu cür hücum vasitələrini biz yalnız amerikalılardan ala bilərik, Avropanın bizə verəcəyi silahlar cəbhədəki müdafiə mövqelərimizin saxlanılması üçün yetərlidir. Əgər müddət barəsində danışsaq, yayın ortasında 40-50 təyyarə ala bilsək, onda hücum əməliyyatlarının başlanması barədə düşünmək olar. Dnepri keçmək kimi döyüş tapşırığını yerinə yetirmək və bu istiqaməti gücləndrimək lazımdır. Həm də, üstəlik, Ağ Evin siyasi iradəsi məsələsi də var. Biz birbaşa ABŞ Prezidentinin qərarından asılıyıq. Görəsən, Bayden bizə bir neçə briqadanı tam təchiz edəcək sayda texnika verəcəkmi ki, biz Rusiya cəbhəsini dağıdıb, sol sahilə çıxaq? Bundan sonra isə Krıma doğru hərəkət edək”.(Azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam