Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

BOY VERMƏYƏN HASARLAR

 

Orta məktəbdə bir baməzə müəllimiz vardı.Yeni dərsi izah edəndə birdən qəfildən dayanar və üzünü bizə tutub soruşardı:-Uşaqlar,bilirsiniz nə var? Biz bir-birimizin üzünə baxar və xorla deyərdik:-Xeyir müəllim.Bilmirik, nə var? O,da şirin  bir təbəssümlə qımışar və deyərdi:- Dənizdə su var.

Yenixeber.org: Müəllimin bu cavabından sonra biz qəhqəhə çəkib gülərdik.Hər dəfə də özümüzü bilmiş kimi göstərərdik.

Qüş qanadlı illər uçub getdi və biz orta məktəbi bitirib hərəmiz bir tərəfə üz tutduq.Mən oxumaq üçün Bakıya gəldim.Ömrümdə birinci dəfə dənizi və o dənizin içində suyu gördüm.Boş vaxtlarımda imkan eləyib dənizin sahilinə gəllir,kükrəyib şahə qalxan dalğalarını,sahilə dəyən ləpələrini sey edirdim.Hətta Bakının istisindən pöşələləndə hərdən özümü verirdim Xəzərin qoynuna.Yaxşıca sərinləyirdim.

Aradan illər keçdi.Dünya dəyişdi,yetmiş il tərkibində sındırıldığımız,əzildiyimiz imeriya ilə savaşıb,qan töküb,can verib müstəqillik qazandıq.Və yetmiş il bəyənməyib,tənqid etdiyimiz bir cəmiyyətdə yaşavdıq.İnsanlar təbəqələşdi-ən varlılara və ən kasıblara bölündü.Onların aralarında olan sahə boş qaldı.Hərdən o vaxt sahilində sərbəst gəzdiyim,istədiyim yerində çimdiyim Xəzərin sahilinə gəlib,hündür hasarlarından baxmaq istəyirəm ki,görüm müəllimizin dediyi və mənim qabaqlar gördüyüm dənizdə su var,ya yox.Amma dənizi özəlləşdirənlərin sahil boyu çəkdikləri hasarlar boy vermir.

Məhərrəm Şəmkirli.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam