Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

NİYƏ YIĞIRDIN?

 

 Xırda bir rayonun iri məmuru olan Mürşüd rayonda hamınn bərk gedən kimi tanıdığı Fəbzəlinin restoranında oturub yeyib-içirdi.Yanında kimsə yox idi,təktənha idi.Bu vaxt qapını döymədən qara əbalı bir nəfər içəri girdi.

Yenixeber.org: Qara əbalının qəfildən içəri girməsi Mürşüdü bərk qorxutdu.Dili dolaşa-dolaşa:-Sən kimsən? Qapını döymədən niyə içəri girmisən?

-Mən sənin Əzrayılınam,gəlmişəm canını alım.Bir də mən işimin dalınca gedəndə heç kimdən icazə,filan almıram.Mənim icazəm yuxarıdan verilib.

-Yoldaş Əzrayıl,mən hələ cavanam axı.

-Mən gələndə yaşa,başa baxmıram.Birdə yuxarıdan göstəriş var.Əli boş qayıda bilmərəm.

-Qağa,xeyli var-dövlət toplamışam,gəl onun yarsını qardaş malı kimi sənə verim,məni öldürmə.

-Yox,onu eliyə bilməyəcəm.Bir də mənim vəzifəm budur.Pul-parayla da yolumdan dönən deyiləm.

-Bəs onda mən neyləyim,var-dövlətimi kimə qoyum?

-Arvad-uşağına.

-Axı mənim uşağım yoxdur.

-Onda arvadına qoy.

-Yox,ona bir qara qəpik də qoymaram.

-Niyə,arvadın deyil?

-Arvadım olmağına arvadımdır,amma o,mənə xəyanət edib.

-Sən ona eləməmisən?

-Yox,mən aydan arı,sudan duruyam.

-Yalan danışma.Bəs saxladığın iki arvad kimdir?

-Onlar mənim işçilərimdir.

-Çox uzatma,vaxtdır.

-Bəs mənim var-dövlətim?

-Özünlə apararsan.

-Qağa,məni dolamısan,indiyə kimi o dünyaya kimsə kəfəndən başqa nəsə aparıb?

-Bunu bilirdinsə,onda niyə yığırdın?!

Məhərrəm Şəmkirli.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam