Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rusiyanın “ən çox qorxduğu” sanksiya gəlir - Avropa İttifaqı LNG satışına qadağa qoymağa hazırlaşır

Avropa İttifaqı (Aİ) Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünə qadağa qoymaq niyyətindədir. Ukraynanın tammiqyaslı işğalına cavab olaraq Rusiyaya qarşı tətbiq edilən 14-cü sanksiyalar paketinə bu məhdudiyyət də daxil ediləcək.

Yenixeber.org: Qərb mediası xəbər verir ki, bunu Aİ xarici işlər nazirlərinin görüşündən əvvəl İsveçin xarici işlər naziri Tobias Billström deyib.

Billström əlavə edib ki, yeni sanksiyalar paketi Rusiyanın “kölgə donanması”nın qarşısını almaq üçün tədbirləri də əhatə edəcək.

Qeyd olunur ki, Aİ Rusiya neftinin və neft məhsullarının idxalına embarqo qoysa da, qaz və LNG sanksiyaların təsir dairəsinə daxil edilməyib. Lakin Ukraynada hərbi əməliyyatların başlamasından və “Şimal axını”nda baş vermiş partlayışlardan sonra tədarük xeyli azalıb. Aİ ölkələri arasında bu məsələdə razılıq olmadığı üçün Rusiya qazının tədarükünə qoyulan embarqo əvvəlki sanksiyalar paketinə daxil edilməyib. Xüsusilə Avstriya və Macarıstan Rusiya qazının tədarükündən ciddi şəkildə asılı olaraq qalırlar.

Rusiya keçən ilin sonunda təxminən 16% bazar payı ilə ABŞ-dən sonra Avropa Birliyinə LNG satışında ikinci ən böyük tədarükçüdür. “Kpler” analitik şirkətinin məlumatına görə, Aİ ölkələri 2023-cü ildə Rusiyadan 15 milyon tondan çox maye qaz alıb ki, bu da 2021-ci illə müqayisədə təxminən 40% çoxdur.

Aİ Enerji Bazarı Tənzimləyiciləri üzrə Əməkdaşlıq Agentliyi (ACER) bildirir ki, enerji şokunun qarşısını almaq üçün Avropa İttifaqı hələ də Rusiyadan mayeləşdirilmiş təbii qaz idxal etməlidir. ACER qeyd edir ki, Avropa İttifaqı üçün enerji təhlükəsizliyi ilə qaz alışını azaltmaqla Rusiyanın gəlirlərinə zərbə vurmaq istəyi arasında tarazlıq tapmaq hələ də çətindir.

“Bloomberg” agentliyi isə Rusiyanın neft və neft məhsulları üçün qiymət tavanından yan keçməyə imkan verən “kölgə donanması” haqqında yazıb.

Agentliyin məlumatına görə, 2023-cü ildə dəniz yolu ilə tədarük edilən bütün Rusiya nefti bir barel üçün 60 dollardan yuxarı qiymətə satılıb. Sanksiyalardan yan keçmək üçün Rusiya şirkətləri “kölgə donanması” adlanan donanmadan - rəsmi olaraq sanksiyalara qoşulmayan ölkələrin bayraqları ilə üzən, lakin əslində Rusiya şirkətlərinə məxsus tankerlərdən istifadə edirlər.

Dekabr ayında ABŞ və digər G7 ölkələri Rusiya neftinin qiymət tavanına riayət olunmasına nəzarət etmək üçün daha sərt tədbirlər elan etdilər. Rusiya şirkətlərinə məxsus 50 tanker, xüsusən də “Sovcomflot”a məxsus BƏƏ, Türkiyə və Liberiya şirkətləri Amerikanın sanksiyaları altına düşdü.(Azpolitika)

Rasim Əliyev


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam