Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Cəlilabadda poliklinika şöbəsi “kolxoz bazarı”na oxşayır-topdan və pərakəndə satış...

Yenixeber.org: Redaksiyamıza Cəlilabad rayonun Buravar kənd sakini Kazımov Rahib İbrahim oğlu tərəfindən şikayət ərizəsi daxil olub. Çoxsaylı oxucularımıza Rahib Kazımovun yazdığı şikayət ərizəsini olduğu kimi çatdırırıq. O, qeyd edir ki, "Cəlilabad Rayon Dioqnostika Mərkəzinin Poliklinika Şöbəsi səhiyyə müəssisəsi deyil, sanki “kolxoz bazarı”dır. Belə ki, bu şöbənin baş həkimi özünə yaxın olan şəxslərin, yəni tərəflər arasında “dəllallıq” edən şəxslərin vasitəsilə sağlamlıq haqqında arayışların topdan və pərakəndə satışını həyata keçirməklə, hər gün əməlli-başlıca gəlirlər əldə etməyi bacarır. Yəni, bu zaman hansısa şəxs müayinədən keçirilmir, yaxud da həmin şəxsin heç bir qeydiyyatı aparılmır, amma həmin şəxslərə sağlam olmaları haqda sağlamlıq arayışları verilir. Məsələn, buna 04 aprel 2024-cü il tarixdə Məmmədov Anar Əyyar oğluna verilmiş sağlamlıq haqqında arayış da misal ola bilər. Unutmaq olmaz ki, bu cür neqativ hallar yüzlərlə deyil, minlərlədir və hər gün də, bu yöndə qanunsuzluqlara qol qoyulur. Bir sözlə, lazım gələrsə digər faktları da təqdim edə bilərəm. Diqqətinizə onu da çatdirmaq istəyirəm ki, 05 aprel 2024-cü il tarixdə saxta yolla verilmiş daha 6 ədəd sağlamlıq haqqında tibbi arayışın kimlərə verildiyini bilirəm və ehtiyac duyulduğu təqdirdə, məhz həmin arayışları da sübut kimi təqdim edə bilərəm".
Məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!(Nyus.Az)




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam