Redaktor seçimi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Günün xəbəri

Dövlət büdcəsini talan edən Məmmədov qardaşları azadlıqda… -ŞOK DETALLAR

Dövlət büdcəsini talan edən qardaşlar azadlıqda… - ŞOK DETALLAR

İllər öncə barəsində açılan cinayət işi hələ də bağlanmayan Fərəməz Məmmədovu həbsdən kim xilas edib?

Yenixeber.org: “Alatava-2 Avtonəqliyyat” Səhmdar Cəmiyyətinin qanunsuz fəaliyyəti haqqında mətbuatda dəfələrlə yazılıb. Hələ illər öncədən bu şirkətin qeyri-rəsmi sahibləri - Fərəməz Məmmədov və Qalib Məmmədov qardaşlarının dövlətin milyonlarla manat vəsaitini talan etməsi ilə bağlı çoxsaylı faktlar aşkarlansa da, onları himayə edən məmurların hesabına hələ də “toxunulmaz” qalıblar.

Xatırladaq ki, bir müddət əvvəl Alatava 2 ünvanında yerləşən və paytaxtın ən iri daş bazarlarında çalışan şəxslər rəhbərliyə qarşı etiraza qalxmışdılar. Satıcıların narazılığına səbəb olan problemlər arasında yer haqqının fantastik qiymətlərindən başqa, kafelərdə baş verən qanunsuzluqlar idi. İddialara görə, axşamlar bu kafelərə narkotik istifadəçiləri və yüngül həyat tərzi keçirən şəxslər toplaşıblar. Bu hallar bazarda çalışanların narazılığına səbəb olsa da, bu biabırçılığa “dur” deyən kimsə tapılmırdı.

Məlumat üçün bildirək ki, sözügedən daş bazarına rəsmi olaraq Afaq Yavər qızı Məmmədova rəhbərlik edir. Bazar “Alatava-2 Avtonəqliyyat” Səhmdar Cəmiyyətinin mülkiyyətindədir. SC-nin əsas səhmləri də Afaq Məmmədovanın adına rəsmiləşdirilib. “Əslində isə bazara və təbii ki, hər ay qazanılan on minlələ manat çirkli pullara A.Məmmədova deyil, onun kölgəsində gizlənən həyat yoldaşı, iş adamı Fərəməz Məmmədov nəzarət edir”, - deyə mətbuat yazırdı.

Qeyd edək ki, Fərəməz Məmmədovun ismi vaxtilə siyasi dairələrdə də tez-tez çəkilirdi. Hansı ki, bu şəxsin sabiq spiker Rəsul Quliyevlə keçmiş baş prokuror Eldar Həsənov arasında uzun müddət vasitəçi olduğu, hətta R.Quliyevin Açı Cəmiyyət Partiyasını maliyyələşdirdiyi də iddia olunurdu.

Mətbuat yazır ki, Masallı rayonunun Ərkivan kəndində anadan olan Fərəməz Məmmədov qabaqlar kasıb yaşayıb. Sonradan isə Kənd Təsərrüfatı Nazirliyinin elektromexanizasiya trestinin 4 nömrəli avtonəqliyyat qarajında çalışıb. Fərəməz Məmmədovun qardaşı Qalib Məmmədov isə avtonəqliyyat idarəsində rəis işləyib. İki qardaş birgə dövlət əmlakını mənimsəyiblər. Sonradan Qalib Məmmədov Rəsul Quliyevin qardaşının köməyi ilə “Azəravtoyol” Departamentində yol fonduna rəis müavini təyin edilib. Eldar Həsənovun qardaşı Şahin Həsənov isə həmin vaxt sədr müavini olub. Qalib Məmmədov əvvəlki işinə isə yaxın adamı Gülağa Məmmədovu yerləşdirib.

Mənbə deyir ki, F.Məmmədov avtomüəssisədə külli miqdarda mənimsəməyə yol verdiyi üçün ona cinayət işi qaldırılıb. Fərəməz Məmmədovun qara mühasibat üçotunu Gülağa Məmmədov aparıb. Məhz buna görə də qardaşların planına əsasən Gülağa Məmmədov gizlənib. Fərəməz Məmmədovun dar günündə Eldar Həsənov köməyə gəlib. O dönəmdə ölkənin baş prokuroru olan Eldar Həsənov qardaşı Şahin Həsənov vasitəsilə işə qarışıb və cinayət işinə xitam verilməsinə nail olub. Təbii ki, bu, təmənnasız olmayıb. Belə ki, süni debitor yaradılaraq iş bağlanılıb.

Onu da qeyd edək ki, Fərəməz Məmmədov bir çox iqtisadi cinayətlərdə ittiham olunub. Hətta belə iddialar var ki, ona qarşı açılan cinayət işinin bəziləri hələ də açıq qalır. F.Məmmədov bunu bildiyi üçün həyat yoldaşından qəsdən boşanıb və bazarı xanımının adına sənədləşdirib ki, cinayət işi yenilənsə, əmlakı müsadirə olunaraq əlindən çıxmasın...

Deyilənlərə əsasən, F.Məmmədov dövlətin külli miqdarda vəsaitini talan etməklə qazandığı pullar hesabına özünə “Yüksəl-inşaat” MTK adlı tikinti şirkəti qurub və təkcə ölkəmizdə deyil, xarici dövlətlərdə də böyük komplekslər tikməkdədir(Bu haqda növbəti yazılarımızda daha ətraflı məlumat verəcəyik – müəl.). Əlbəttə, Fərəməz Məmmədov Eldar Həsənovdan sonra da himayəsiz qalmayıb. Əksinə, indi onun daha nüfuzlu məmur tərəfindən himayə olunduğu haqda informasiyalar var. Əslində, hüquq-mühafizə orqanları bir şəxs barəndə cinayət işi açırsa, onu beynəlxalq axtarışa verirsə, o isə heç nəyə məhəl qoymadan öz biznesini uğurla genişləndirirsə, deməli, arxasında böyük rütbəli məmurların durduğu şübhəsizdir.

Yeri gəlmişkən onu da qeyd edək ki, Fərəməz Məmmədov öz biznesinin 90-cı illərin ortalarında o zaman yüksək dövlət vəzifəsi tutan kiçik qardaşı Qalib Məmmədovun sayəsində qurub. Qalib Məmmədov isə Avtomobil Nəqliyyatı Nazirliyinin Yol Fondunun sədri vəzifəsinə sabiq spiker Rəsul Quliyevin qardaşı Telman Quliyevin xeyir-duası ilə təyin olunub (Avtomobil Nəqliyyatı Nazirliyi sonradan “Azəravtoyol” Dövlət Şirkətinə çevrildi, Yusif Novruzov da onun rəhbəri oldu. 1998-ci ildə Nəqliyyat Nazirliyi yaradılandan sonra bu Dövlət Şirkətinin statusu dəyişdi və o, 2003-cü ildə Nəqliyyat Nazirliyi nəzdində departamentə çevrildi-red.).

DİN-in Baş İstintaq İdarəsi Məmmədov qardaşlarının cinayətlərinin izinə düşəndən sonra Fərəməz Məmmədov istintaqdan qaçıb Türkiyədə gizlənməyə məcbur oldu. Onun qardaşı Qalib Məmmədov isə Bakıdakı biznesini davam etdirməyə başlayıb.

Yuxarıda da qeyd etdiyimiz kimi, Fərəməz Məmmədov vaxtilə Kənd Təsərrüfatı Nazirliyinin 4 saylı Elektromexanizasiya Trestinin qarajında işləyib. Həmin vaxt qardaşı Qalib Məmmədov artıq nəqliyyat sektorunda çalışırdı, Avtonəqliyyat İdarəsinin rəisi idi. Q.Məmmədov bundan sonra Nəqliyyat Nazirliyi Yol Fondunun sədri təyin olundu. O dövrdə Məmmədov qardaşlarına sabiq baş prokuror Eldar Həsənovun qardaşı, nazir müavini postunu tutan Şahin Həsənov himayədarlıq edirdi.

Q.Məmmədov Yol Fondunun sədri olandan sonra əvvəlki iş yerində rəhbər kimi öz adamı Gülağa Məmmədovu saxladı. Bu da Q.Məmmədova gələcək “pulyuma mexanizmi”ni işlətmək üçün çox lazım idi. Heç də təsadüfi deyil ki, onların hər yerdə adamı, lazımi postlara yerləşdirilmiş qohumları olub. Yaxınlarının, qohumlarının olmadığı yerlərdə isə hamını susduracaq qədər böyük pulları olub.

Yol Fondu həmin dövrdə “vergi idarəsi” kimi çalışıb, Nəqliyyat Nazirliyinin tabeçiliyindəki müxtəlif dövlət idarələrindən (o cümlədən neft bazalarından) faiz alıb. Məsələn, Fond firmalardan xahiş edirdi ki, həmin faizləri maddi-texniki təchizat idarələrinin hesabına köçürsünlər. Bu idarələr də dövlətin balansında olduğundan,“xahiş” rəsmi məktub şəklinə salınır, elə nazirlik tərəfindən də imzalanırdı. Nazirlik isə həmin kağızlara “şapka” müqabilində möhür vururdu. Əgər firmaların, konkret olaraq, neft bazalarının əlində nağd pul olmurdusa, onlar “vergi”ni neft, yaxud benzin şəklində, necə deyərlər, natura ilə ödəyirdi. Həmin neft və benzin isə Naxçıvan vasitəsilə Türkiyəyə göndərilərək qeyri-leqal sxem əsasında orada satılırdı.

Bütün bu maxinasiyaları həyata keçirmək üçün birgünlük firmalar yaradılırdı. Təbii ki, bu firmalar Məmmədovlara məxsus olsa da, onlar ayrı-ayrı adamların adına sənədləşdirilirdi. Kağız üzərində məsələ həll olunan və pullar nəğdləşdirilən kimi firmalar dərhal ləğv edilirdi.

Həmin dönəmdə Nəqliyyat Nazirliyi oğurlanan pulların həcminin çox olduğunu görəndə gözdən pərdə asmaq üçün formal cinayət işi açmaq qərarına gəldi. Yol Fondu ləğv edildi, onun səlahiyyətləri digər qurumlara verildi. Nəticədə 1 və 3 saylı neft bazalarının müdirləri zərbə altında qaldı. 1 saylı bazanın müdiri elə indiki daş bazarının sahibi Fərəməz Məmmədov idi. Ona da, 3 saylı bazanın müdiri Əhəddin Əliyevə də cinayət işi açıldı. O vaxt Ə.Əliyevə xaricə qaçmaqda kömək elədilər. Son vaxtlara qədər də xaricdə gizlənirdi, amma… (Bu haqda növbəti yazımızda – müəl.)

Təbii ki, bir sıra mühüm sənədlərə imza atan Gülağa Məmmədovu da gizlədə bildilər. Fərəməz Məmmədov isə yalnız qardaşının himayədarlığı və yuxarılardakı yaxşı əlaqələri sayəsində cəzadan qurtuldu. Lakin, qeyd etdiyimiz kimi, cinayət işi hələ də qapalı qalır. Çünki oğurluğun və büdcə pullarının yuyulmasının miqyası həddən artıq böyükdür…

Mətbuat yazır ki, barəsində cinayət işi açılan F.Məmmədov dərhal “arzuedilməz” sənədlərdən yaxa qurtarmağa nail olub. Bu günə gəlincə isə Fərəməz Məmmədov daş bazarında inhisar yaradıb, tikinti biznesi qurub binalar tikir. Onun qardaşı Qalib Məmmədov daha böyük biznes quraraq avtomobil alıb-satır. Ölkə büdcəsindən oğurlanan milyardlar haqda isə onları nə axtaran, nə də sorğu-sual edən var...

Hazırladı: KƏNAN, ("Hurriyyet")

P.S. Növbəti məqalələrimizdə Fərəməz Məmmədov və qardaşı Qalib Məmmədovun dövlət əmlakını necə talamaları, hansı məmurlar tərəfindən himayə olunmaları, eləcə də öz himayədarları hesabına daha hansı şəxslərin külli miqdarda pulunu və əmlakını ələ keçirmələri haqda geniş yazacağıq.

P.P.S. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam