Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Bu gün toyu olacaqdı -Qəbələdə intihar edən qızla bağlı YENİ FAKTLAR

 

Qəbələdə 20 yaşlı qızın intiharı ilə bağlı yeni faktlar ortaya çıxıb.

Yenixeber.org xəbər verir ki, intihar edən qızın qardaşı - Bəhruz Quliyev 1992-ci ildə şəhid olub.

Qardaşı şəhid olduğuna görə onun adını yaşatması üçün bacısına Bəhruzə adını veriblər. Ailənin yaşadığı küçə də məhz şəhid Bəhruz Quliyevin adını daşıyır.

 B.Quliyevanın nişanlısı Qəbələnin Xırxatala kənd sakini 1991-ci il təvəllüdlü Rəşad Əlizadə bu ilin 16 martında Ağdaşda yük maşınlarının toqquşduğu ağır yol qəzasında həlak olub. Yol-nəqliyyat hadisəsi zamanı daha 2 nəfər də dünyasını dəyişib.

Həmin qəzadan əvvəl isə aprelin 23-nə, yəni bugünkü tarixə Rəşadla Bəhruzənin toyu təyin edilibmiş. Bəhruzənin nişanlısının yanında, Cığatelli kəndində dəfn olunacağı bildirilib.

***

Qələbə intihar hadisəsi olub.

Hadisə Bum qəsəbəsində qeydə alınıb. 20 yaşlı B. Quliyeva gecə saatlarında tövlədə özünü asaraq, həyatına son qoyub.

Faktla bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam