Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Günün xəbəri

Şolts Ukrayna ilə bağlı çağırış etdi:daha çox yardımla bağlı imkanları araşdıraq

Şolts müttəfiqləri Ukraynaya daha çox yardımla bağlı imkanları araşdırmağa çağırıb

    "Bizim Ukraynanı ehtiyac olduğu müddətcə dəstəkləməyimizlə bağlı siqnal verməyimiz vacibdir".

Yenixeber.org: Bunu Almaniya Kansleri Olaf Şolts NATO Baş katibi Yens Stoltenberqlə birgə Berlində mətbuat konfransında deyib.

Şolts bildirib ki, ABŞ-ın Ukraynaya hərbi yardımı təsdiqləməsi ilə bağlı siyasi qərarı vacib siqnal idi.

Kansler Şoltsun sözlərinə görə, Almaniya Ukraynaya ən böyük hərbi yardım təmin edən ikinci ölkədir və indiyə qədər 28 milyard avro dəyərində hərbi yardım edib. Almaniya Kansleri deyib ki, onun ölkəsi Ukraynaya yüksək effektivli silah-sursat verib və bunlar arasında "Patriot" kimi havadan müdafiə sistemləri də var.

Kansler Avropadakı müttəfiqlərə çağırış edərək onları öz hərbi anbarlarına nəzər salmağa və Ukrayna üçün daha necə yardım edəcəkləri ilə bağlı imkanların araşdırmağa çağırıb və vurğulayıb ki, hazırda havadan müdafiə sistemləri ən çox tələb olunandır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam