Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu gün müxtəlif dövlət orqanları tərəfindən keçirilən bir neçə tender müsabiqəsini ləğv edib.
Yenixeber.org: Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tender müsabiqələrini “Dövlət Satınalmaları Haqqında” Qanunun hansı maddələrinə əsasən ləğv etdiyini açıqlayıb.

İqtisadçı-ekspert Allahverdi Aydın bildirir ki, Dövlət Xidmətinin tender müsabiqələrini ləğv edən zaman  istinad etdiyi maddələr mövcud Qanunda yoxdur:
“Məsələn, Pentensiar Xidmətin keçirdiyi tender müsabiqəsi 4 gün əvvəl Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məktubu əsasında ləğv olunub. Ləğvetmə səbəbi kimi, “Dövlət Satınalmaları Haqqında” Qanunun 3 müxtəlif maddəsinin tələblərinə istinad edilib. Daha doğrusu Dövlət Xidmətinin açıqlamasında belə yazılıb. Ləğv edilmə səbəbi kimi kimi gösrəilən 4.1.2., 38.2. və 57.3.7.-ci maddələrdə  tender müsabiqələrinin ləğvi barədə heç nə yoxdur. “Dövlət Satınalmaları Haqqında” Qanunda 57.3.7.-ci maddə isə ümumiyyətlə mövcud deyil. Yəni, Dövlət Xidməti Qanunda olmayan maddəyə istinad edərək tender müsabiqəsini ləğv edib”.

Allahverdi Aydın

Ekspert deyir ki, Dövlət Xidmətinin müsabiqələrin ləğv edilmə səbəbi kimi göstərdiyi maddələr hazırda qüvvədə olmayan köhnə Qanunda yer alan tələblərdir:
“Hazırda qüvvədə olan Qanun ötən ilin 14 iyul tarixində Prezident İlham Əliyev tərəfindən təsdiqlənib və bu ilin 1 yanvar tarixindən qüvvəyə minib. Bu səbəbdən Dövlət Xidmətinin qüvvədə olmayan Qanuna istinad etməsi onu göstərir ki, həmin qurumda çalışan əməkdaşların yeni Qanundan xəbərləri yoxdur. Əks halda tender müsabiqəsi Qanunda olmayan maddəyə istinad edilərək ləğv edilməzdi”.
A.Aydın qeyd edir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tenderi ləğv edərəkən ən çox istinad etdiyi maddə 11.1-ci maddədir:
“Köhnə Qanunun həmin maddəsində yazılırdı ki, tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir. Yeni Qanunun 11.1-ci maddəsi isə sənədlərin hansı formada yazılmasından bəhs edilir”.(yeniavaz)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam