Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar -Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur

"Landmark" Biznes Mərkəzinin qanuni təmsilçisi Eran Muduroğlunun həyat yoldaşı Nərgiz Nəsrullayevanın Azərbaycandan getdiyi xəbərinin ardınca iş adamının  çıxışına "stop" qoyulması gündəmə gəlib. 
Yenixeber.org: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Eran Muduroğlu barəsində məhkəməyə xüsusi icraat qaydasında müraciət edib. 
İdarə onun Azərbaycandan çıxışının məhdudlaşdırılmasını istəyir. İş hazırda apellyasiya mərhələsindədir. Ziya Şirinov iş üzrə hakim təyin edilib. 
Eran Muduroğlu kiprli iş adamı, mərhum Sami Efruz Muduroğlunun oğludur. Samir Efruz Muduroğlu Bakıda fəaliyyət göstərən "Landmark" Biznes Mərkəzinin sahibidir. O, hələ sağ ikən "Landmark"ın idarəçiliyini oğlu Eran Muduroğluna verib. 
Eran Muduroğlunun xanımı Nərgiz Nəsrullayeva isə 2001-2007-ci illərdə Hesablama Palatasının sədri olmuş Namiq Nəsrullayevin qızıdır.  
Nərgiz Nəsrullayeva bu yaxınlarda Azərbaycanı tərk edib. Mediada gedən məlumatlarda onun ölkəni tərk etməsi Muduroğlu ailəsinin Bakıdakı biznesinin vəziyyəti ilə izah edilir. 
Bəzi iddialara görə, Muduroğlu ailəsnin biznesi çöküş dövrünü yaşayır. Onların külli miqdarda vergi borcunun yarandığı iddia edilir. 
Nərgiz Nəsrullayeva ölkədən getməsinin səbəbləri barədə danışmaq istəməyib.(Qaynarinfo) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam