Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Qusar sakinindən narkotik vasitə, beşbarmaq və bıçaq aşkarlanıb

 

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  əməliyyat keçirilib.

DİN-in  Mətbuat Xidmətinin Quba regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin istifadəsi, əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Samir Ələskərov  saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə   baxış keçirilən zaman  yarım kiloqrama yaxın narkotik vasitə olan marixuana, bir ədəd bıçaq və bir ədəd kastet (beşbarmaq)  aşkar olunaraq götürülüb.

Digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə narkotik vasitələrin istifadəsində şübhəli bilinən rayon sakini Ruhid Babayev saxlanılıb.

Faktla bağlı Qusar RPŞ-də   cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Samir Ələskərovun barəsində həbs qətimkan tədbiri seçilib. R.Babayev isə məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam