Redaktor seçimi
Maliyyə nazirinin müavini Azər Bayramov rektora “krışa”lıq edir(?)! -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
Günün xəbəri

Elmar Məmmədyarov Azərbaycanın İsraildə səfirlik açmasından danışdı

 
"Azərbaycanın İsraildə səfirlik açmasında bir problem görmürəm".
Yenixeber.org: Bunu sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib. Eks-nazir bildirib ki, səfirliyin açılması ilə bağlı məsələ çoxdan gündəmdə idi:

"Xarici işlər naziri olduğum zaman həm İsrailə, həm də Fələstinə rəsmi səfərə getmişdim. Hər iki hökumətlə bu məsələləri müzakirə edirdik. Bunun üçün zamanın yetişməsi lazım idi. Həmin vaxt artıq çatıb. İsraillə münasibətlərimiz yüksək səviyyədədir. Həmçinin, Fələstinin Bakıda səfirliyi fəaliyyət göstərir. İsraildə səfirliyimizin açılması ilə yanaşı Azərbaycanın Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisi təsis edilir. Bu da çox önəmlidir".

İsraildə səfirlik açılmasının İranla münasibətə necə təsir edəcəyinə gəlincə, E.Məmmədyarov qeyd edib ki, İran uzun zamandır Ermənsitanda səfirlik açıb:

"Ermənsitanın 30 il Azərbaycanın torpaqlarını işğalda saxlamasına baxmayaraq, İran onlara dəstək olurdu. Çünki İranın Ermənsitanla aktiv siyasi, iqtisadi və s. əlaqələri var".

Qeyd edək ki, Azərbaycanın İsraildə səfirlik, Fələstində isə Təmsilçilik Ofisi təsis edir. Hər iki məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirələrdən sonra bir oxunuşda qəbul edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam