Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Ermənistan XİN:"Azərbaycanla danışıqların Rusiya və ya ABŞ variantları yoxdur"

 

"Azərbaycan-Ermənistan danışıqları kontekstində sənədlərin ayrıca Rusiya və ya ABŞ variantları yoxdur".

Yenixeber.org: Bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistana təklif olunan çərçivə sənədində iki ölkə arasında münasibətlərin qurulmasının ümumi prinsipləri əksini tapıb. Nazir müavini vurğulayıb ki, hazırda danışıqlar İrəvan və Bakının təklifləri əsasında aparılır.

P.Ovannisyan qeyd edib ki, ümumi prinsiplərə 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq ərazi bütövlüyünün qarşılıqlı tanınması da daxildir.

Diplomatın sözlərinə görə, oktyabrın əvvəlində Praqada bu istiqamətdə danışıqların davam etdirilməsi barədə razılıq əldə olunub.

Danışıqların predmetindən danışan xarici işlər nazirinin müavini qeyd edib ki, Rusiya, Fransa, Avropa İttifaqı və ya ABŞ variantları yoxdur, yalnız Ermənistan və Azərbaycan variantları var: "Danışıqlar iki ölkənin yanaşmaları ətrafında reallaşır. Hazırda danışıqlar prosesi müxtəlif istiqamətlərdə gedir: sülh müqaviləsi, sərhədlərin demarkasiyası və delimitasiyası, kommunikasiyaların açılması və s".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam