Redaktor seçimi
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
Günün xəbəri

Respondentlərin 94,7 faizi Prezident İlham Əliyevə etibar edir -SORĞU

 

Azərbaycanda respondentlərin 94,7 faizi Prezident İlham Əliyevə etibar edir.

Yenixeber.org: Bu, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğusu nəticəsində məlum olub.

Qurumun İdarə Heyətinin sədr müavini, deputat Elşad Mirbəşiroğlu "İnam İdeksi" jurnalının 8-ci sayının təqdimatında deyib ki, rəy sorğusu vətəndaşların Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, həmçinin hakimiyyətin digər qollarına, parlament, məhkəmə təsisatlarına, yuxarı icra orqanı kimi Nazirlər Kabinetinə, yerli icra hakimiyyəti orqanlarına olan inam və etimadının öyrənilməsi məqsədi ilə keçirilib.

O bildirib ki, sorğu Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonlarında keçirilib və 1068 respondentin rəyi öyrənilib.

"Rəyi soruşulanların 94,7 faizi Prezident İlham Əliyevə etibar etdiyini söyləyib. Cəmi 2,9% respondent əsasən etibar etmədiyini, 1,3% respondent heç etibar etmədiyini qeyd edib. Respondentlərin 0,5%-i bu barədə mövqe bildirməkdə çətinlik çəkib. Rəyi soruşulanların, təxminən, 91 faizi isə Birinci vitse-prezident Mehriban Əliyevaya etibar etdiyini, etimad göstərdiyini vurğulayıb", - mərkəzin sədr müavini söyləyib.

E.Mirbəşiroğlu deyib ki, respondentlərin 31,6%-i Milli Məclisə tam etibar etdiyini, 31,7%-i əsasən etibar etdiyini bəyan edib: "Respondentlərin 9,8%-i qanunverici orqana əsasən etibar etmədiyini, 22,3%-i isə heç etibar etmədiyini bildirib. 4,7% respondent bu istiqamətdə fikir bildirməkdə çətinlik çəkib.

Sorğu nəticələrinin təhlilinə əsasən, respondentlərin 30,4%-i məhkəmələrə tam, 28,8%-i isə əsasən etibar etdiyini bildirib. Rəyi öyrənilənlərin 11,1%-i əsasən etibar etmədiyini, 20,7%-i isə heç etibar etmədiyini qeyd edib".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam