Redaktor seçimi
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

“BƏLİ, AYAĞIMI KƏSİBLƏR” –Peqov təsdiqlədi və gülünc vəziyyətə düşdü

Yenixeber.org:  Bunu Peqov öz “Telegram” kanalında təsdiqləyib.

Bundan öncə Azərbaycanda da yaxşı tanınan ermənipərəst, təxribatçı, saxta məlumatları və süjetləri ilə ad çıxarmış bu məxluqun Donetskdə minaya düşəndən sonrakı videogörüntüləri yayılmışdı. Lakin həmin vaxt yaralansa da, zədəsi ağır hesab olunmurdu. Sonradan Ukrayna mətbuatında Peqovun bir ayağının dizdən bir qədər aşağı hissədən amputasiya edildiyinə dair məlumatlar yayıldı.

Ötən gün isə Peqov özü paylaşım edərək, bu xəbəri təsdiqləyib. Ancaq bununla yanaşı, yenə yalanlarından əl çəkməyərək, iddia edib ki, guya onun ayağını yenidən bərpa edib, yerinə tikəcəklər: ”Bəli, doğrudan da mənim ayağımı kəsiblər. Lakin elə indicə Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Sitologiya və Genetika İnstitutunun əməkdaşları mənim hüceyrələrimdən istifadə edərək, bir ay ərzində onu yenidən yetişdirəcəklərini(?) vəd edirlər. Ardınca əlbəttə ki, mürəkkəb əməliyyat keçiriləcək…” Peqov bildirib ki, bu, ilk belə bir təcrübə olacaq.

Əlbəttə ki, gözlənildiyi kimi, sosial şəbəkələrdə və mətbuatda ermənilərin bu sevimli “jurnalisti”ni paylaşdığı məlumata görə ələ salanlar, guya ayağının bərpa ediləcəyi barədə dediklərinin növbəti feyk olduğunu yazanlar kifayət qədər çoxdur.

Məlumat üçün bildirək ki, Peqov oktyabrın 23-də Donetsk yaxınlığında “ləçək mina” kimi tanınan “PFM-1C” minasına düşüb. Piyada qoşunlarına qarşı istifadə olunan kiçik qabaritli bu mina SSRİ dövründə istehsal olunub və Əfqanıstan müharibəsində yerli əhaliyə qarşı geniş istifadə olunub. Həmin vaxt xeyli sayda əfqan uşağı bu minaları oyuncaq bilərək əllərinə götürən zaman ya həlak olublar, ya da ömürlük şikəst qalıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam