Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Azərbaycan və Türkmənistan enerji sahəsində əməkdaşlığı müzakirə edib

 

Azərbaycan və Türkmənistan arasında enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılıb.

Yenixeber.org: Energetika Nazirliyinin verdiyi məlumata görə, bu müzakirələr nazir Pərviz Şahbazovun Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qurbanmammet Elyasov ilə görüşündə bildirilib.

“Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun iki ölkə arasında müvafiq sahədə faydalı əməkdaşlıq üçün əhəmiyyətindən bəhs edilib.

Qeyd edək ki, müxtəlif mənbələrin məlumatına əsasən, bu yataqda ən azı 30 milyard kubmetr təbii qaz və kommersiya nefti mövcuddur ki, bu da Azərbaycan və Türkmənistan tərəfindən birgə hasil edilələcək.

Xatırladaq ki, Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı və zəngin neft-qaz ehtiyatlarının olduğu yataq iki ölkənin dəniz sərhədində yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb.

SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhəddinin tən ortasında yerləşdiyi üçün "Promejutoçnoe", yəni “Aralıq” adlanırılıb. “Dostluq” yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb. 1998-ci ildə Xəzər dənizinin orta xətti koordinatları üzrə Azərbaycan Respublikası ilə Türkmənistan arasında danışıqlar aparılması üçün ekspert qrupu yaradılıb. Dövlət başçıları arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli üçün etibarlı zəmin yaradıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam