Nikol Paşinyan İrana gedib
Ermənistanın Baş naziri Nikol Paşinyan İranın paytaxtı Tehrana işgüzar səfərə yola düşüb.
Yenixeber.org: Bu barədə hökumət başçısının Mətbuat Xidmətindən bildirilib.
N.Paşinyan İran Prezidenti İbrahim Rəisi ilə görüşəcək. Görüşdə ikitərəfli və regional məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, N.Paşinyan sonuncu dəfə 2021-ci ilin avqustunda İranda işgüzar səfərdə olub.