Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

İtaliya Ukraynaya orta mənzilli zenit-raket kompleksləri verəcək

İtaliyanın Ukraynanı orta mənzilli “Spada” zenit-raket kompleksləri (ZRK) ilə təmin edəcəyi gözlənilir.

Yenixeber.org:  Bu barədə şənbə günü “La Repubblica” qəzeti NATO-dakı mənbələrə istinadən məlumat yayıb.

Bu hazırlıq barədə çərşənbə günü alyans ölkələrinin müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşündə bildirilib.

Nəşr iddia edir ki, İtaliya Hərbi Hava Qüvvələrinin Rivoltodakı bazasında artıq anqarlarda saxlanılan komplekslərin vəziyyətinin yoxlanılmasına başlanılıb. “Spada”ların bir neçə ay əvvəl İtaliya və İspaniyada arsenaldan çıxarıldığı bildirilib. Qəzet yazıb ki, ZRK tədarükü ilə bağlı qərarı İtaliyanın yeni hökuməti qəbul edəcək.

Qəzet İtaliya və İspaniyanın Kiyevi qısa mənzilli “Aspide” zenit raketləri ilə təchiz edə biləcəyini də istisna etməyib. Bu raketlərin Ukrayna daha müasir və güclü silahlarla təchiz olunana qədər müvəqqəti həll yolu ola biləcəyi qeyd olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam