Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Paşinyanın əleyhinə mitinq:Etirazçılar parlamentə üz tuturlar

Paşinyanın əleyhinə mitinq:    Etirazçılar parlamentə üz tuturlar
Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçılar İrəvanın mərkəzində aksiya keçirirlər. 
Yenixeber.org: Hazırda nümayişçilər Respublika meydanından Ermənistan parlamentinə doğru irəliləyirlər.
“Birlik” hərəkatının liderlərindən biri Menua Soqomonyan insanları küçələrə çıxmağa və dinc vətəndaş itaətsizliyi aksiyalarına başlamağa çağırıb.

"Bölgələrin sakinləri vilayət administrasiyalarının binalarını bağlaya bilərlər, İrəvanda isə bir çox dövlət qurumlarının, eləcə də hakimiyyətə xidmət edən KİV-lərin binalarının girişini bağlaya bilərsiniz. Arzu olunandır ki, bütün bunlar yerli icra hakimiyyəti orqanlarında səhər onların işinə mane olmaq üçün həyata keçirilsin”, - Soqomonyan bildirib.

Oğulları müharibədə ölən əsgər anaları da vətəndaşları etiraz etməyə çağırıb.

"Biz qələbəyə qədər, bu hakimiyyətlər gedənə qədər mübarizə aparmalıyıq",-deyə bildiriblər.

Öz növbəsində “Arar” Fondunun həmtəsisçisi, ictimai-siyasi xadim Avetik Çələbyan bildirib ki, Paşinyanın Ermənistanın maraqlarına zidd hərəkət etdiyi üçün onu dəyişdirmək lazımdır.

Qeyd edək ki, Ermənistan paytaxtının mərkəzinə böyük polis qüvvələri cəlb edilib.

Xatırladaq ki, İrəvanda mitinqlər sentyabrın 14-ü axşam saatlarında Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə parlamentində bəyanatlarından sonra başlayıb. Etirazçılar hakimiyyəti xəyanətkar siyasətdə ittiham edirlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam