Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Birinci xanım koronavirusa yoluxdu

 ABŞ prezidenti Co Bayden avqustun 16-da verdiyi açıqlamada ölkənin birinci xanımı Cill Baydenin koronavirusa yoluxduğunu deyib.
Yenixeber.org: Co Bayden həyat yoldaşının koronavirus testinin müsbət cavablandırıldığını, onun yüngül simptomlar daşıdığını və ən azı beş gün təcrid olunacağını söyləyib.Prezident bildirib ki, bazar ertəsi COVID-19 üçün test mənfi nəticə verdikdən sonra axşam saatlarında birinci xanımda soyuqdəymə əlamətləri görünüb. O, sürətli antigen testi üçün yenidən mənfi nəticə alıb, lakin PCR testi müsbət çıxıb.
Ağ Evin Mətbuat xidməti Cill Baydenin iki dəfə peyvənd edildiyini və ona koronavirusa qarşı iki gücləndirici iynə vurulduğunu və buna görə də birinci ledidə yalnız orta dərəcədə simptomların olduğunu bildirib."ABŞ-ın birinci xanımı tibbi göstərişə əsasən, ən azı 5 gün başqalarından təcrid olunacaq”, - deyə məlumatda qeyd edilib.

Hazırda Cill Bayden Cənubi Karolinadakı şəxsi iqamətgahındadır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam