Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Ermənistan Futbol Federasiyası və "Pünik" klubu Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Yenixeber.org: Yayılan bəyanatda qarşı tərəfin UEFA-dan gələcək mümkün sanksiyalardan qorxu hissinin olduğu başa düşülür:

"Son vaxtlar Ermənistanda keçirilən beynəlxalq oyunlar zamanı futbol matçlarına və ümumilikdə idmana yaraşmayan hadisələr baş verir ki, bu da Ermənistan futbolu üçün ən ağır nəticələr verə bilər. Onlarla vətəndaş, əsasən də yeniyetmələr tribunalarda dava salır, o cümlədən siyasi aksiyalar həyata keçirirlər”.

Bəyanatda pankartları stadiona buraxan təhlükəsizlik əməkdaşlarının səhvə yol verdiyi və onlarla iş aparıldığı bildirilir. Həmçinin hər iki qurum futbol ictimaiyyətinin, o cümlədən medianın dəstəyi olmadan stadiondakı çoxlu sayda mühafizəçinin bu kimi halların qarşısını ala bilməyəcəyini acı da olsa etiraf edib.

"Demək olar ki, bu il Ermənistanda keçirilən bütün beynəlxalq oyunlar zamanı oxşar hadisələr baş verib ki, buna görə də federasiya və Ermənistan klubları külli miqdarda cərimələr ödəyiblər. Lakin belə hallar aradan qalxmazsa, Ermənistanda yeganə yüksək Avropa standartlarına cavab verən Respublika stadionu diskvalifikasiya edilə bilər. İstər Ermənistan millisi, istərsə də klublarımız ev oyunlarını başqa ölkələrdə neytral meydanlarda keçirməli olacaqlar”, – deyə bəyanatda bildirilib.

Federasiya həmçinin yerli KİV-dən belə hallarla bağlı video və fotoları yaymamağa, valideynlərini uşaqlarını meydançaya buraxmamağa, futbol azarkeşlərini və fan-klubları arzuolunmaz nəticələrin qarşısını almağa çağırıb.

Xatırladaq ki, 9 avqustda keçirilmiş "Pünik" – "Srvena Zvezda" (Serbiya) matçında erməni millətçiləri ingilis dilində "Qarabağ Ermənistandır" və "Kosovo Serbiyadır" sözləri yazılmış pankartlar qaldırıb. Həmçinin, bir azarkeş meydana çıxaraq erməni dilində "Axavnonu (Laçının Zabux kəndi) vermərik" sözü yazılmış pankart əks etdirib.

AFFA dünən bu məsələ ilə bağlı UEFA-nın Etika və Tənzimləmə üzrə icraçı-direktoru Ancelo Riqopulosa məktub ünvanlayaraq beynəlxalq qurumdan məsələnin araşdırılmasını və müvafiq tədbir görülməsini xahiş edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam