Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Umayra Tağıyeva:"Azərbaycanda sürəti 25 m/s yuxarı küləkli günlərin sayı artıb"

 

"Azərbaycanda havanın maksimum temperaturun 35 dərəcədən yuxarı olan günlərin sayı artıb. Həmçinin, sürəti 25 m/s yuxarı küləkli günlərin də sayı çoxalıb".

Yenixeber.org: Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, aparılan müqayisəli təhlillər göstərir ki, ilin isti dövründə ölkə ərazisində havanın temperaturunun artması baş verib:

"Temperatur artımı dağlarda çox olub. İlin ən soyuq aylarında Naxçıvan istisna olmaqla, digər ərazilərdə tempetaturun yüksəlməsi qeydə alınıb. Temperaturu 0 dərəcədən aşağı olan ərazilərin sahəsi əksər zonalarda azalır. Son 10 ildə əsas dağ çaylarımız formalaşan ərazilərdə yağıntının miqdarı orta hesabla 8,7 faiz azalıb. Ümumilikdə son 30 il ərzində yağıntıların miqdarı 10 faiz azalıb".

Xidmət rəisi qeyd edib ki, Böyük və Kiçik Qafqaz dağlarında şaxtalı və qarlı günlərin xeyli azalması tendensiyası müşahidə edilir:

"Bu da çayları qidalandıran qar ehtiyatlarının azalmasının göstəricisidir. Dənizdəki dalğaların maksimum hündürlüyü də artıb. Daşqınların dinamikasında da artım müşahidə olunur. Suyun temperaturu son 15 ildə 1,2 dərəcə artıb".

U.Tağıyeva vurğulayıb ki, Kür çayının mənsəbində sululuq son 10 ildə 45 faiz azalıb:

"Kür çayından ölkəyə daxil olan suyun miqdarı norma ilə müqayisədə son 10 ildə 27 faiz azalıb. 30 dərəcədən yüksək olan günlərin sayı isə avqustda 6 dəfə, iyulda 2,4 dəfə, iyunda 12 dəfə artıb. Ümumilikdə yay aylarında 6 dəfədən çox artım qeydə alınıb".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam