Redaktor seçimi
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Günün xəbəri

Rusiya və İrandan olan kiberhücumlarla bağlı daha bir açıqlama -"Dövlət saytlarına bənzər adlardan istifadə olunur"

Azərbaycan dövlət qurumlarının şəbəkələrinin təhlükəsizliyinə dair görülən tədbirləri çərçivəsində 193 milyondan çox zərərverici təhlükəsizlik divarları vasitəsilə, 3 milyondan çoxu isə mərkəzləşdirilmiş antivirus sistemi vasitəsilə, 35 mindən çox zərərverici tərkibli sənəd "Sandbox" sistemi vasitəsilə, 744 xüsusi indikator xüsusi hədəflənmiş hücumların içərisəndən çıxarılaraq bloklanıb.

Yenixeber.org: Bunu "Fintex Sammmit" Maliyyə və Texnologiya sərgisində çıxış edən Azərbaycan Mərkəzi Bankının İnformasiya texnologiyaları departamentinin direktoru Anar Quliyev bildirib.

Onun sözlərinə görə, kibertəhlükələrin başında duran səbəblərdən biri pirat proqramlardan istifadədir: "Bir çox müəssisələrdə pirat əməliyyat sistemlərinin, proqram təminatlarının istifadəsini müşahidə edirik. Ən çox istifadə olunan mənbələr Rusiya və İran mənşəli saytlardan yükləmələrdir. Belə məhsullar 80-90 % zərərvericilərlə zənginləşmiş olur”.

Müxtəlif kiberhücumlardan danışan A.Quliyev onlara nümunələr də göstərib:

“Bu kiberhücumlar zamanı saxta domenlərdən istifadə müşahidə olunur. Məsələn, gov.az.info kimi dövlət saytlarına bənzər adlardan istifadə olunur. Həmçinin “Azərpoçt”un adından daşınma xidməti kimi təqdim olunduğu fişinqlər də çox yayılıb.

Mesajlaşma proqramları üzərindən həyata keçirilən fişing kampaniyalardan da çox istifadə olunur. Bu zaman bankların adından istifadə olunaraq saxta hədiyyə kampaniyaları təqdim olunur. Həmçinin bank kartlarının ələ keçirilməsi üçün çoxsaylı dələduzluq hadisələri ilə rastlaşırıq. Xəbər saytlarının, dövlət qurumlarının adından yayımlanan saxta reklam videoları da bu qəbildəndir.

Bundan başqa, şantaj xarakterli dələduzluq faktları da var. Məlumatlarınızı ələ keçirdiklərini iddia edən belə şəxslər bunun müqabilində tələblər irəli sürürlər.

44 günlük Vətən müharibəsi günlərində də biz dezinformasiya xarakterli kibertəhlükə ilə üzləşmişdik. Şəhid olanların saxta siyahısı dərc olunmuşdu”.

A.Quliyev bütün bu halların səbəbini insanların öz kibergigiyenalarına laqeyd münasibətində görür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam